Mədəniyyət

Azərbaycanda ilk dəfə olaraq qiyabi “Beynəlxalq İncəsənət Müsabiqəsi” keçiriləcək

27 İyun 2020 15:03
Baxış: 2 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

5-12 iyul 2020-ci il Azərbaycan Gənclər İttifaqını və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq qiyabi "Beynəlxalq İncəsənət Müsabiqəsi" keçiriləcək.

5 iyul tarixindən ərizələr və materilların qəbulu başlayacaq,12 iyul tarixində bitəcək və həmin gün münsiflər heyətini qiymətləndirilməsi başa çatacaq:  

"Xatırladım ki, ölkəmizdə yaranan probləmlə bağlı artıq aylardı ki, bir çox sahələrin fəaliyyəti dayandırılıb, eləcə də mədəniyyət sahəsinin. Hər zaman Beynəlxalq müsabiqələr edib, gənclərə dəstək olan təskilat olaraq bildirmək istəyirəm ki, çalışdığımız qədər qiyabi işləri davam elətdiririk. Artıq bir neçə hazır layihələrimiz var,bunlardan bəziləri reallaşıb hətta. Toplu şəraitdə yarışmalar və tədbirlərin keçirilməsinə icazə verilmədiyi üçün Azərbaycanda ilk dəfə yenilik edərək, qiyabi "5-ci Beynəlxalq İncəsənət Müsabiqəsi" keçirmək qərarına gəldik. Müsabiqədə seçimlər hər zaman olduğu kimi şəffaf olacaq. Düşünürəm ki, müəllimlər və iştirakçılar üçün də uzun zamandan sonra uğurlu bir müsabiqə olacaq. Qeyd edim ki, ilk dəfədir modelyer dizayner və təsviri sənət üzrə də yarışma keçiririk. Çünki bu sahəni öyrənən gəncləri müsabiqəsiz və boş saxlamaq olmaz". deyə Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov bildirib.

"Beynəlxaq İncəsənət (Art Olimpia) müsabiqəsi artıq 5 ildir ki, təşkilatımız tərəfindən keçirilir. Art Olimpia müsabiqəsi 2 gün keçirilidi. Yarıçmada hər il iştirakçı sayı artmaqda idi. Sonuncu dəfə 2019-cu ildə keçirilən yarışmada 7 min  iştirakçı iştirak etmişdi və yarımaya tək bölgələrimizdən deyil, xarici ölkələrdən qatılanlar vardı. Bu il də yarışma mayda baş tutacaqdı və artıq Russiyanin 3 regionundan, Ukraynadan, Özbəkistandan, Qazaxıstandan, Türkiyədən, İrandan ve Gürcüstandan iştirakçılar qeydiyyatdan keçmişdilər. Bu müsabiqədən əlavə regionlarımızda da yarışmalar keçirdirik. Hər il keçirilən yarışmalardan artıq bəllidir ki, mədəniyyət sahəsinə maraq çoxdur və yetərincə istedadlı gənclərimiz də var. Bu yarışmalarla bir çox istedadları tapıb üzə çıxarmağa vəsilə olmuşuq. Ümid edirəm ki, dünyada yaranan bu problem tezliklə aradan qalxar, işlərimizə qaldığımız yerdən davam edərik". - deyə Azərbaycan Rəqs Assosiasiyasının baş katibi Natavan Zeynalova bildirdi. 

Azərbaycan Gənclər İttifaqının koordinasiya şurasının sədri Mikayılzadə Çinarə bildirib: "Azərbaycan Gənclər İttifaqı illərdir ki, fəaliyyət göstərir. Bu zamana kimi gənclər üçün çox mühüm işlər görülüb. Dünya miqyaslı tədbirlərdə iştirak edib, Beynəlxalq yarışmalar keçirib,, bir çox tədbirlərdə də ev sahibliyi göstərmişik. AGİ-nin 300 nəfərdən çox könüllü gəncləri var. Gənclərlə bağlı çox uğurlu layihələr görülüb və hələ də görülməkdədi. Pandemiya ilə bir çox iş yerləri bağlansa da, qiyabi işlərimizi davam etdiririk. Bu yaxınlarda AGİ-nin özünə məxsusu mahnısı hazırlandı və könüllü gənclərimiz tərəfindən səsləndirildi. Təşkilatımızın adından da bəllidi biz hər zaman gəncləri düşünür və onlara dəstək oluruq. Qarşıda yeni işlərimiz var. Düşünürəm ki, bu işlər çox uğurlu, gənclər üçün də səs gətirəcək bir iş olacaq. Bu zamana kimi istər Bakıdan, istərsə də, regionlarımızdan bir çox istedadlı gənclər tapıb üzə çıxarmışıq və əlimizdən gələn bütün dəstəyi göstərmişik. Gənclər bizim gələcəyimizdir, biz hər zaman onlara dəstək olub, birlikdə uğurlu işlərə imzalar atacağıq".

Müsabiqədə bütün incəsənət növləri iştirak edə bilər: simli alətlər, nəfəs alətləri, klaviatura alətləri, bədii qiraət, tamaşa, klassik, estrada və xalq vokalı, bütün rəqs növləri, modelyer-dizayner, rəssamlıq və s.

İştirakçılar yaş kateqoriyalarına bölünürlər:

Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların  hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır (bu proses mükafatlandırma zamanı açıqlanır). Seçim iştirakçının qeydiyyat nömrəsi ilə aparılır. Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.

Münsiflər heyəti yüksək ixtisaslı mütəxəssislərdən, Azərbaycanın əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarətdir. Müsabiqənin təşkilat komitəsi münsiflər heyəti ilə əlaqəli deyil! Münsiflər heyəti mükafat verməmək, ayrı-ayrı yerləri öz istəyi ilə dublikat vermək hüququna malikdir.

Qeydiyyat üçün əlaqə:

[email protected]

+994 50 250 22 93/96

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.