Görkəmli xanəndə, mərhum xalq artisti Sara Qədimova - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Bakıda doğulmağına baxmayaraq, onun uşaqlıq illəri Qarabağda, Gülablı kəndində keçib. Bu kənddə Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi sənətkarlar tez-tez Gülablıya gələr, yerli xanəndələrlə məclislər qurardılar. Bu mühütdə böyüyən Sara xanım yaddaşında dərin iz buraxır və elə uşaqlıqdan musiqiyə böyük həvəsi yaranır.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, Sara Qədimova 16 yaşında olarkən əvvəl anasını, 2 ildən sonra isə atasını itirir. Bundan sonra evin böyük övladı olduğu üçün o, dörd bacı və iki qardaşını himayəsinə götürür.
Sara xanım 22 yaşında olarkən özündən 24 yaş böyük olan, tibb texnikumunun direktoru Qədir İslamzadə ilə ailə qurur.
Gənc Sara yetim qalmış özündən balaca qardaş və bacılarını saxlamaq xatirinə Qədir müəllimlə ailə qurmağa razılıq verir. Bu izdivacın 8 il ömrü olur.
Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi məşhurlaşır. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.
Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.
Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub.
Sara Qədimova Azərbaycan xalq musiqisini, milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil edib.
1950-60-cı illərdə Sara xanım qədər xarici ölkələrdə konsert verən, dünya xalqlarının mahnılarını ifa edən ikinci bir müğənni yox idi. O, 22 ölkədə Azərbaycan incəsənətini təmsil etmişdi, İran, İndoneziya, Efiopiya və Özbəkistanın dövlət mükafatlarına layiq görülmüşdü. S.Qədimova əcnəbi dillərdə 25 mahnı ifa etmiş və lentə yazdırmışdı. Bunlardan ərəbcə oxunan "Xəyalımın nuru", "Yamayilə", "Leyla", "Sili", farsca səslənən "Rəftəm ki, rəftəm", "Peşiman şodəm", "Bahori mən", İndoneziya mahnısı "Vurğunam", tacikcə ifa olunan "Məhəbbət" və başqa mahnıların adını çəkmək mümkündü.
Süleyman Dəmirəl hələ prezident olmamışdan öncə Bakıda səfərdəykən Sara xanımın ifasını dinləyir. O zaman Sara xanım Abbas Səhhətin məşhur "Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim" qəzəlini muğam üstündə ifa edir. Bu görüşdən illər keçəndən sonra Dəmirəl Türkiyənin prezidenti olur. Bundan sonra o, Sara xanımla görüşmək üçün onu Türkiyəyə dəvət edir. Dəmirəlin Sara xanımla görüşü o vaxt mətbuatda böyük səs-küy doğur.
Sara Qədimovanın sənət aləmində ən yaxın rəfiqəsi Şövkət Ələkbərova olub. O, məşhur xanəndə Hacıbaba Hüseynovun baldızıdır.
Görkəmli xanəndə 1954-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1965 Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb.
O, 2005-ci il may ayının 12-də 82 yaşında vəfat edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Yasamal və Nizamidə işıq olmayacaq
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)





