Bu gün görkəmli aktrisa Şəfiqə Məmmədovanın 75 yaşı tamam olur - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycanın Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, "Şərəf" ordenli Şəfiqə Məmmədovanın doğum günüdür.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli sənətkar 75 yaşını qeyd edir.
Azərbaycan tamaşaçısı onu "Bizim Cəbiş müəllim" filmində yaratdığı obrazla yaxşı tanıyır. Tamaşaçıların yaddaşında Cəbiş müəllimin arvadı kimi yaşayan obraz, heç şübhəsiz ki, bu, Şəfiqə xanımın ən yaxşı ekran işlərindən biridir. O, bu obrazı o qədər təbii və inandırıcı yaradıb ki, onun iştirak etdiyi epizodlara baxanda tamaşaçı film izlədiyini unudur, ağır müharibə illərində Bakı ailələrindən birinin qonağı olub mürəkkəb məişət, yaşam, düşüncə paradiqmalarını həmin illərin adamları ilə birgə yaşayır.
Şəfiqə Məmmədova 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. 1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib.
1980-ci ildə Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına, Rasim Ocaqovun 1981-ci ildə çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına layiq görülüb.
1968-ci ildən Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Aktrisa U.Şeksprin "Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), L.Tolstoyun "Canlı meyit" (Maşa), H.Cavidin "Xəyyam" (Sevda), C.Məmmədquluzadənin "Dəli yığıncağı" (Pırpız Sona) və s. pyeslərində cazibədar səhnə obrazları yaradıb.
Şəfiqə Məmmədovanın Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi obrazlar bu gün də yaddaşlardadır. Ş.Məmmədova yaradıcılığının parlaq dövründə, 1980-ci ildə teatrdan uzaqlaşır və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.
Şəfiqə Məmmədovanın kino yaradıcılığı da, maraqlı obrazlarla zəngin olub. "Qaraca Qız", "Dədə Qorqud", "İstintaq", "Bizim Cəbiş müəllim", "Ad günü", "Xoşbəxtlik qayğıları" və. s. bədii filmlərində maraqlı qadın obrazlarını ifa edib.
Şəfiqə Məmmədovanın qardaşı Məmməd Məmmədov da aktyor olub. "Azərbaycanfilm" Kinostudiyasının ekranlaşdırdığı bir neçə filmdə ("Asif, Vasif, Ağasif", "Burulğan" və s.) rolları ifa edib.
Şəfiqə Məmmədova Azərbaycanın görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub. Mehdi Məmmədovla birgə nikahından Ülvi adlı oğlu var. Ülvi Mehdi də valideynlərinin sənət ömrünü davam etdirir. Kinossenarist kimi fəaliyyət göstərir.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şəfiqə Məmmədova 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
FilJazz Pitesti Trio Shahin Novrasli Festival-ında konsert verdilər - FOTO
-
İlham Əsgərov: “Milli Teatrın yeni mövsüm üçün planları və hədəfləri böyükdür” - FOTO
XƏBƏR LENTİ
-
ABŞ-ın İran əməliyyatı: 13 şəhər hədəf seçildi
-
Prezident İlham Əliyevdən qonşu ölkələrə çağırış: Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız
-
Prezident İlham Əliyev: Biz sərhədlərimizdə tezliklə sülhün bərqərar edilməsini istəyirik
-
Türkan Vəlizadə: "Ailə-uşaq istəmirəm, taqətim yoxdur"
-
Gömrükdə yeni qayda: Bu mallar sənədsiz Azərbaycana buraxılmayacaq
-
Prezident İlham Əliyev: Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır
-
Əsgər gedən oğlu ilə atanın zarafatı - (Video)
-
Prezident İlham Əliyev: Bu gün bizim əsas gündəliyimiz Qarabağın bərpasıdır
-
Prezident İlham Əliyev Monteneqro Prezidentini Dövlətçilik Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev: Bayden senator olanda Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu
-
Prezident İlham Əliyev: Azərbaycanla Rusiya arasında münasibətlər tam normallaşıb
-
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi vacib layihədir
-
Ardıcıl ikinci dəfə “Uimbldon”un qalibi oldu
-
Azərbaycan və Sudan arasında vizasız gediş-gəlişlə bağlı saziş təsdiqləndi
-
Prezident İlham Əliyev: Tramp sülhsevər və sülhü gətirə biləcək insandı
-
Prezident İlham Əliyev: Hökumətdə Avropa Şurasından tamamilə çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirmişdik
-
Prezident İlham Əliyev: Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var
-
TikTok 2026-cı ilin birinci rübündə Azərbaycanda təxminən 600 min videonu silib
-
Prezident İlham Əliyev: Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək ümumi strategiyamızın tərkib hissəsidir
-
Əminə Şirin: "Demək ki, o ibadət sənə heç nə öyrətməyib"
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir
-
Nəriman start heyətində yer aldı, “Börnli” ilə heç-heçə etdilər
-
Prezident İlham Əliyev: İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir
-
Sumqayıtda Xəzər dənizi quruyur - (Video)





