Mədəniyyət

"Məhəbbət əfsanəsi"nin məşqləri başladı - VİDEO - FOTO

19 Fevral 2020 11:45
Baxış: 2 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin məşqlərinə start verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, proses məşhur baletmeyster Yuri Qriqoroviçin rəhbərliyi ilə həyata keçir.

Səhnə tərtibatı ilə tanınmış rəssam Simon Virsaladze məşğul olub. Bundan əlavə, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək.

Qeyd edək ki, balet Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə müəllifin vətəninə qayıdır. Məşhur əsərin təqdimatı 13, 15 və 16 mart tarixlərində Heydər Əliyev Sarayında olacaq. Biletləri "iTicket.az" satış məntəqələrindən əldə etmək mümkündür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.