Mədəniyyət

Xalq artistinin səhhəti ilə bağlı xoş xəbər

12 Dekabr 2019 16:39
1 Şərh     Baxış: 3 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rəfael Dadaşovun vəziyyəti normallaşıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, xalq artistinin vəziyyəti normaldır və palata şəraitində müalicəsini davam etdirir: "Özünü yaxşı hiss edir. Müalicəsi davam etdirilir. Şənbə günü evə buraxılacaq".

Xatırladaq ki, dekabrın 2-də axşam saatlarında xalq artisti Rəfael Dadaşov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Ona ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.