Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrı yeni ilə belə hazırlaşır - FOTO

9 Dekabr 2019 17:59
0 Şərh     Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il sona çatmaq üzrədir. Kiçikdən böyüyə hər kəs  yeni il ab-havasına köklənibdir.  Bu il doğma Sumqayıtımız  üçün xüsusi ilə əlamətdar oldu.

Şəhərimizin 70 illiyi çərçivəsində biri birindən maraqlı, çeşidli, yüksək məzmun və məna yükünə malik tədbirlər silsiləsi gerçəkləşib. Nəhayət, dövlət başçısı cənab İlham Əliyev şəhərimizə gəldi, yeni mədəniyyət müəssisələrinin açılış mərasimində iştirak edib. Şəhərin sosial-iqtisad, mədəni inkişafına töhfə vermiş bir qrup şəxs mükafatlandırılıb. Qürur duyuruq ki, Prezident İlham Əliyevin şəhər ictimaiyyəti ilə görüşü məhz bizim binada - Sumqayıt Dövlət Dram Teatrında baş tutub.

Həmçinin əməkdaşlarımızdan bir neçəsi təltif olundu. Əlbəttə, bütün bunlar yaradıcılıq keyfiyyətinə stimul verir.

Sumqayıt Dövlət Dram Teatrı kollektivi məhz bu əzm və sevgi ilə fəaliyyətini davam etdirməkdədir. Dekabr ayında repertuarımız yenə də zəngindir.  Ay ərzində Əli Əmirli "20 ildən sonra", M.F.Axundzadə "Müsyö Jordan və dərviş Məstəli şah", "Hacı Qara",   Elçin "Qatil" axşam tamaşaları oynanılacaqdır. Cari repertaurda  eyni zamanda uşaq tamaşaları da yer alır. Bunlar  Abdulla Şaiq "Qaraca qız" və ərəb xalq nağılı əsasında səhnələşdirilən  "Əlibaba və 40 quldur" tamaşalarıdır.

Təbii ki, yaradıcı heyətimiz məktəblilərin qış tətilini də yaddan çıxarmayıb. Odur ki, dekabrın 29-dən 3 yanvara qədər səhnəmizi  "İlin şahı" adlı Yeni il  tamaşası  bəzəyəcək. İnanırıq ki, peşəkarlıqla ərsəyə gələn yeni il tamaşamız balacaların yaddaşında silinməz iz buraxacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.