Mədəniyyət

"İki il həkim nəzarətində olmalıdır”

4 Dekabr 2019 14:01
0 Şərh     Baxış: 3 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martda yıxılmışdım. Bu hadisə mən "Dağıntılar altında" serialına çəkilən zaman baş vermişdi. Avqustun sonunadək müalicə aldım. Sentyabrda gəzməyimə icazə verildi. Bu da təbii ki, müəyyən çərçivə daxilindədir - dikdaban geyinmək olmaz.

Bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Suğra Bağırzadə ekranlardan uzaq gəzməsi barədə suallara cavab verərkən söyləyib.

Aktrisa ürəkaçan təkliflərin olmadığını bildirib:

"Hərdən rejissorla nəinki sözümüz düz gəlmir, fikirlərimiz də fərqli olur. Hərdən çəkiliş məkanı xoşuma gəlmir. Tələsik çəkirlər, gecə-gündüz demirlər. Mənə də lazımdır ki, iş keyfiyyətli olsun. Televiziyada çox görünmək nəyə lazımdır? Mütləq seçim olmalıdır. Məni bir çox şey qane etməlidir. Heç qonorarın da çox olmasını tələb etmirəm. Ssenari, rejissorun bacarığı da burada rol oynayır. Bir də ilk görüşdən bəlli olur ki, onunla işləmək olar, ya yox. Bunlar çətinliklər yaradır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.