Mədəniyyət

Afaq Bəşirqızından "millət vəkili" kampaniyasına reaksiya

2 Dekabr 2019 12:39
10 Şərh     Baxış: 6 889

Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması ilə bağlı sosial şəbəkədə kampaniya başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir çox tanınmış aktrisanın fotosunu yayımlayaraq, onu deputat kimi görməyi arzuladığını yazıb.

Əməkdar artist Xumar Qədimova Bəşirqızının fotosunu yayımlayaraq "Afaq Bəşirqızını millət vəkili görmək istəyirəm. Sizi də ona dəstək olmağa çağırıram. Çünki o xalqdan gələndir, özümüzdür" sözlərini qeyd edib.

Əməkdar artist Elza Seyidcahan da məsələ ilə bağlı "Əlbəttə ki, Afaq xanıma hamımız səs verərik. Çox istəyərik ki, millət vəkili seçilsin" paylaşımını edib.

Əməkdar artist Vasif Məhərrəmli də paylaşımında "Bilmirəm yazılanlar nə qədər həqiqətə uyğundur. Amma bilirəm ki, çoxdan bu xalqın sizin kimi dürüst qərəzsiz, ədalətli, millətini, dövlətini sevən birinə ehtiyacı var. Sizin əməlləriniz göstərir ki, siz xalqın vəkili kimi Milli Məclisdə bizi təmsil etməyə layiqsiniz" sözlərini vurğulayıb.

Aktrisa Ülviyyə Əliyeva və bir çox sənət adamı da A.Bəşirqızı ilə paylaşım edərək, onun millət vəkili olmasını istədiyini bildirib.

Məsələ ilə bağlı əməmkdaşımız A.Bəşirqızı ilə əlaqə saxlayıb. Aktrisa bu haqda çox danışmaq istəmədiyini bildirib. O, deputatlığa namizədliyini irəli sürüb-sürməyəcəyi haqda suala "Bu haqda hələ heç bir şey fikirləşməmişəm" cavabını verib.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    gizli · 2 Dekabr 12:5245

    Verməsə yaxsidir

    Cavab yaz
  • Anonim
    bb · 2 Dekabr 13:2183

    bu hələ fikirləşirdə deputat olum ya yox))) artist, mügənni, idmançı hamisini secin deputat. Qanunlarıda yeqin başqa yerdə hazırlayarlar. Milli məclisdə əyləncə mərkəzi olar

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 2 Dekabr 13:5624

    Heç kim ağrımaz başını bəlaya salmaz ...

    Cavab yaz
  • Anonim
    əli · 2 Dekabr 14:2654

    Milli məclis məgər kinoteatrdır?

    Cavab yaz
  • Anonim
    mis · 2 Dekabr 14:2764

    Artistlərin yeri milli məclis yox, kinostudiyadır.

    Cavab yaz
  • Anonim
    xəlil · 2 Dekabr 14:2843

    Milli məclis hüquqşünas, tarixçi, iqtisadçı və olmalıdır.

    Cavab yaz
  • Anonim
    MEHMAN QAZAXLI · 2 Dekabr 16:0410

    HÖRMƏTLİ VƏTƏNDAŞLARIMIZ COX GÖZƏL BİLİR Kİ İNDİ DÖVLƏTƏ --DÖVLƏTCİLİYƏ-- İDARƏCİLİYƏ CAVAN XARİCDƏ TƏHSİL ALMIŞ BEŞ DİL BİLƏN VƏ YAXUD AZƏRBAYCANDA SAVADLI TƏHSİL ALMIŞ ENERJİLİ AĞILLI DÜNYAGÖRÜŞÜ GÖZƏL OLAN GƏNC KADRLAR LAZIMDIR AFAQ XANIMIN NƏVƏ OYNADAN DİNCƏLƏN VAXTIDIR OD--ALOV GƏNCLƏRİMİZ VAR.

    Cavab yaz
  • Anonim
    Vay mee · 2 Dekabr 17:0110

    Bəs Zeynəb Xanlarova kimi şedevri haraya seçək, axı talant itib-batacaq.

    Cavab yaz
  • Anonim
    Rəssam · 2 Dekabr 21:2120

    Mən Elza xanımı deputat görmək istəyirəm. Öz şlyapaları ilə bəzəsin Milli Məclisi.

    Cavab yaz
  • Anonim
    . · 2 Dekabr 22:5800

    ƏN ƏSAS AMİL (dünya görüşü vacib olsa da ən əsas deyil) - Azərbaycana, Azərbaycan xalqına xidmət etməlidir, digər ölkələrin maraqlarına yox...Fikrimcə Afaq xanım artıq bu baxımdan namizədliyini irəli sürə bilər... Onun bir neçə digər üstünlükləri də var..Yaxşı olardı ki irəli sürsün.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.