Mədəniyyət

Baş İdarə yeni "Kilimarası” kukla teatrının açılışını edib

21 Noyabr 2019 20:50
Baxış: 360

Noyabrın 19-da  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Kilimarası" kukla teatrının açılışı olub. Açılış zamanı "Min bir gecə" nağılları əsasında "Ələddin" tamaşasının premyerası keçirilib.

Milli.Az xəbər verir ki, tamaşanın premyerasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin direktoru Mircamal Camalov, 1 saylı və 11 saylı internat məktəblərinin şagirdləri, qəsəbə sakinləri iştirak ediblər.

Tamaşadan öncə Mədəniyyət Mərkəzinin foyesində kuklardan ibarət sərgi təşkil edilib və kilimarxasında bir necə tamaşadan kiçik parçalar təqdim olunub.

Yüksək səviyyədə və çox uğurla oynanılan "Ələddin" tamaşası alqışlarla qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.