Mədəniyyət

Muğam Mərkəzində " Macarıstan musiqisi axşamları "adli layihə-konsertlər maraqla qarşılanıb - FOTO

19 Noyabr 2019 19:26
Baxış: 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "Macarıstan musiqisi axşamları" adli layihə- konsertlər maraqla qarşılanıb.

Beynəlxalq Muğam Mərkəzi 3 gün müddətində Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə "Macarıstan musiqisi axşamları" adlı konsert proqramı təqdim edib.

Paytaxt sakinləri və şəhərimizin qonaqları 11-12 və 14 noyabr tarixlərində macar xalq musiqisindən ibarət müxtəlif janrlada ifa edən macar musiqiçilərinin ifalarını dinləmək imkanı qazandılar. Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Macarıstanın Avropada məşhur nəfəs alətləri qrupunun "Cantores Esslesiae" solistləri, Evrovision müsabiqəsinin iştirakçısı müğənni Magyar Borin və tanınmış ifaçı Csurkulya Jozefin çıxışları macar musqisi həvəskarlarına bayram əhvalı bəxş edib.

Layihə çərçivəsində macar musiqiçiləri Bakı tamaşaçılarına klassik musiqi şedevrlərini təqdim etməklə
bərabər milli musiqi , caz , etnik musiqinömrələrindən ibarət rəngarəng proqramla çıxış ediblər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əlaqələrini genişləndirərək yeni layihələrə imza atır.
Macarıstan səfirliyi bir müddət əvvəl "Bakıda Macarıstan günləri" çərçivəsində Beynəlxalq Muğam Mərkəzində professor Janoş Şipoş Macarıstan və Azərbaycan xalq musiqisinin bənzərlikləri barədə mühazirə keçirmiş və mühazirədən sonra Salonna və onun qrupu unikal bir konsert proqramı ilə çıxış ediblər.

Mərkəz ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ikitərəfli konsert proqramları və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələcək. Layihənin məqsədi xalqların etnik mədəniyyətinin təbliğinə xidmət edir. Beynəlxalq Muğam Mərkəzində " Macarıstan musiqisi axşamları " adli layihə- konsertlər maraqla qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.