Mədəniyyət

Aktyor yenidən doğma səhnəyə qayıtdı

13 Noyabr 2019 20:29
0 Şərh     Baxış: 1 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən mövsümün sonu istedadlı aktyor, Sumqayıt Dövlət Dram Teatrının repertuarında yer tutan tamaşalarda özünəməxsus obrazlar yaratmış Yalçın Səlimov uğurlu əməliyyatdan sonra doğma kollektivə, səhnəyə qayıtdı.

Milli.Az xəbər verir ki, bugünsə nəhayət uzunmüddətli fasilədən sonra səhnədə - Abdulla Şaiqin "Qaraca qız" tamaşasında öz sevimli obrazını canlandırdı. Bu sevindirici hadisəni  teatrın texniki və yaradıcı  heyəti  xüsusi təntənə ilə qeyd etməyə qərar verdi.

Tamaşanın sonunda səhnəyə aktyorun şərəfinə  xüsusi  hazırlanmış tort gətirildi.  Teatrın direktoru əməkdar  artist Mübariz Həmidov da bu xoş anlarda kollektivimizin yanında oldu. "Hər zaman olduğu kimi  bu dəfə də  hörmətli Mehriban xanımın   mədəniyyətə, ictimaiyyətə, bu sferada çalışan  insanlara qarşı  nə qədər həssas yanaşdığının bir daha  şahidi olduq" deyə  Mübariz Həmidov qeys etdi.  Teatr rəhbərliyi  istedadlı bir insanın yenidən həyata qayıtmasına vəsilə olmuş  hərmətli Mehriban xanıma təşəkkürünü  vurğuladı.  Həmçinin teatra və yaradıcı insanlara ayrı-ayrılıqda hər zaman  dəstək olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Sumqayıt şəhər icra hakimiyyətinə kollektiv adından  minnətdarlıq etdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.