Mədəniyyət

Zöhrab Salamzadənin "Sirlərin ahəngi” adlı sərgisi keçiriləcək

13 Noyabr 2019 17:59
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın gənc və istedadlı rəssamı Zöhrab Salamzadənin İçərişəhərdə yerləşən "Art Tower" qalereyasında "Sirlərin ahəngi" adlı sərgisi keçiriləcəkdir.

Milli.Az xəbər verir ki, sərginin açılışı 19 noyabr 2019-cu il tarixində baş tutacaqdır.

"Art Tower" qalereyasında 20-23 noyabr 2019-cu il tarixlərində saat 11:00-dan 17:00-dək açıq olacaq sərgiyə giriş pulsuzdur.

Zöhrab Salamzadə 19 noyabr 1992-ci ildə Bakıda mühəndis ailəsində anadan olub. 2013-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecini, 2017-ci ildə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəssamlıq, teatr dekorasiyası fakültəsini bitirib. Bir sıra qrup sərgilərində, həmçinin "YARAT" Müasir İncəsənət Məkanının layihələrində iştirak etmişdir.

"Çəkdiyim rəsmlərimin mövzularını tarixdən və dindən götürürəm. Sufizm- İslam sirləri ilə əhatə olunmuş mistik bir prosesdir. Dinə nə qədər çox qarışsam, kətan üzərində işləməyə daha maraqlı mövzular tapıram. Rəsmlərdə ən çox təsvir etdiyim bir neçə mövzu var. Bu köhnə şəhərdir-onsuz mən varlığımı təsəvvür eləmirəm, cinlərdir-bizimlə paralel olaraq yaşayırlar hansı ki, insanlar onları ciddiyə almır ,hörmətsiz münasibət bəsləyirlər baxmayaraq ki, onlar da bizim kimi eyni hüquqludurlar və bütün bunları bir yerə qoyan, birləşdirən dərvişlərdir. Onların fəlsəfəsi həyat və sevgidir hansı ki, dünyada əsrlər boyu mövcud olmuş, mədəniyyətimizə və dünyagörüşümüzə əhəmiyyətli dərəcədə təsir etmişdir.

"Sirlərin ahəngi "sərgisində mən məhz dərvişlərin bu ahəngə uyğunlaşmasını göstərmək istəyirəm. Sülh və sevgi isə onların təbliğ etdikləri əsas ünsürlərdir".

 Tədbirin təşkilatçıları:

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

QHT Arts Council Azerbaijan

İnformasiya dəstəyi:

 Trend.az, Day.az, Milli.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.