Mədəniyyət

Nardaranda "Muğam dünyasına səyahət” konserti keçirilib - FOTO

13 Noyabr 2019 16:05
Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzinin "Muğam dünyasına səyahət" layihəsinin növbəti konsert Nardaranda təqdim olunub.

Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi birgə həyata keçirdiyi "Muğam dünyasına səyahət" layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran Qəsəbə Mədəniyyət Mərkəzində reallaşan konsertdə tarzən Rəşad İbrahimov və kamança ifaçısı Təbriz Yusifovun müşayiəti ilə Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqəsinin qalibləri, xanəndələr Könül Xəlilzadə, Nisbət Sədrayeva , Elgiz Əliyev  Nardaran sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.  xanəndələr "Segah", "Mahur", "Şur" muğamları və təsniflər ifa ediblər.

Bu ilin iyul ayından start götürən "Muğam dünyasına səyahət" layihəsi ilin sonuna kimi davam edəcək.
Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.

Qeyd edək ki, layihə çərçivəsində bu günə kimi Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində, Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində , A.R. Qobustanlı adına Mədəniyyət evi, Binəqədi Mərkəzi Mədəniyyət Evi, Suraxanı rayonu  Q.Abbasov adına Mədəniyyət Sarayında baş tutan konsertlərdə xanəndələr yüzlərlə tamaşaçının görüşünə gəlib. Bu konsertlərdə muğamlarımız, xalq mahnılarmız böyük sevgi və rəğbətlə qarşılanıb. Konsertlərdə mütəmadi olaraq Beynəlxalq Muğam Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəhbərliyi iştirak edərək qəsəbələrdə konsertlərin təşkili həmçinin klub işinin səmərələliyini artırılmasına öz dəstəklərini  əsirgəməyiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.