Mədəniyyət

Əminə Dilbazi - 100

11 Noyabr 2019 17:39
0 Şərh     Baxış: 1 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, 16 dekabr 2019-cu il tarixində Heydər Əliyev Sarayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyi keçiriləcək.

Yubiley gecəsində Azərbaycan Dövlət Rəqs Ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Suxişvili adına Gürcüstan Milli Baleti, "Ləzginka" Dağıstan Dövlət Akademik Rəqs Ansamblı, "Alan" Dövlət Akademik Rəqs Ansamblı (Şimali Osetiya-Alaniya), Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının balet truppası və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak edəcəklər.

Qeyd edək ki, Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında və xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində müstəsna xidmətlər göstərmişdir. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandırmışdır.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 15- 50 manat təşkil edir. Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz. Əlaqə nömrəsi: 012-441-21-31

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.