Mədəniyyət

Almaniya qəzeti Fəridə Rüstəmova haqqında yazır

16 Oktyabr 2019 13:15
0 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Badische Neueste Nachrichten" qəzetində dərc edilən "Müxtəliflik və istedad musiqi günlərində sənətdən həzz almağa səbəb olur" adlı məqalədə bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı skripkaçı Fəridə Rüstəmovanın oktyabrın 19-da Veinqarten şəhərində konsert proqramı ilə çıxış edəcəyi haqqında məlumat verilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qəzet oxucuları Fəridə Rüstəmova haqqında məlumatlandırır. Bildirilir ki, 6 yaşından musiqi təhsili almağa başlayan və Bakıdakı Bülbül adına orta ixtisas musiqi məktəbində təhsilini başa vuran on beş yaşlı skripkaçı təhsilini Almaniyada davam etdirir. Fitri istedada malik olan gənc skripkaçının bu və sonrakı təhsilini müvəffəqiyyətlə başa çatdırdığı və hazırda Karlsruhe şəhərində, professor Rissin sinfində solist kimi təhsilini davam etdirdiyi vurğulanır. Onun təhsil aldığı müddətdə musiqi müsabiqələrinə qatıldığı və çox sayda mükafatlara layiq görüldüyü qeyd olunur. Həmçinin Baden Mədəniyyət Fondu və Yehudi Menuhin Fondunun stipendiyalarına layiq görüldüyü diqqətə çatdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.