Mədəniyyət

Mükafatlandırma, sərgi, şou və moda gecəsi baş tutacaq

15 Oktyabr 2019 17:49
0 Şərh     Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pİ GROUP" şirkətinin təşkilatçılığı ilə  27 oktyabr "Holiday İnn Hotel Baku "da möhtəşəm mükafatlandırma, sərgi, şou və moda gecəsi baş tutacaq.

Milli.Az xəbər verir ki, "7 Gözəl Wedding Fashion Show & Golden Names Awards"adlı mükafat  27 oktyabr tarixində öz qaliblərinə təqdim olunacaq. "Holiday İnn Hotel Baku" da baş tutacaq mərasimdə incəsənət xadimləri, stilistlər, müğənnilər, kosmetoloqlar, permanent ustaları, dizaynerlər, iş adamları, həkimlər, rəqs qrupları, gəlinlik butikləri, fotoqraflar, videoqraflar, blogerlər iştirak edəcək. Mükafatlandırma mərasiminin keçirilməsində əsas məqsəd müxtəlif peşə sahiblərini bir araya toplayıb geniş ictimaiyyətə təqdim etməkdir.Mükafatlandırma gecəsində il ərzində fərqlənən,və daha çox izlənilən,ictimai fəaliyyətləri ilə fərqlənən şəxslər təltif ediləcəkdir. Gecənin tanınmış qonaqları Nisa Qasımova, Lalə Məmmədova, Fərqanə Qasımova, Xatirə İslam, Ayaz Babayev, Fatimə Fətəliyeva,Çingiz Mustafayev,Murad Arif, Günay İbrahimli rəqqasə Renka Black Angel və digər tanınmış şəxslər olacaqdır."Azəri atəşi" rəqs qrupu qeyri adi şouları ilə çıxış edəcək.

Layihənin rəhbəri - Qasımov İsmayıl, İdeya müəllifi - Məmmədova Pərvanə, Musiqi direktoru - DJ Zaur.

Qeyd edək ki, dəvətnamələri əldə etmək üçün a  aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz: +994504507097, +994559792597.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.