Mədəniyyət

Brilliant Dadaşova pulun insan həyatındakı vacib rolundan bəhs edib

4 Oktyabr 2019 20:49
4 Şərh     Baxış: 3 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Xalq artisti Brilliant Dadaşova yeni "Para para" mahnısının klipini ictimaiyyətə təqdim edib.

Milli.Az xəbər verir ki, Dadaşovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, mahnının sözlərini özü yazıb, musiqisini isə Fərid Kərimli.

Bu dəfə müğənni klipinin çəkilişlərini tamamilə türk peşəkarlara həvalə edib. Klipin rejissoru Erkan Nas, montajçısı isə Fırat Özbaylardır.

Sözügedən çarx Türkiyənin "YouTube"dakı nəhəng musiqi meydançası sayılan, 14 milyondan çox izləyicisi olan "Netd" kanalında yayımlanıb.

Brilliant Dadaşova musiqi karyerasına 1985-ci ildə, bəstəkar Eldar Mansurovun bəstələdiyi mahnı ilə başlayıb. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırıblar və bu mahnı Azərbaycanda çox məşhurlaşıb. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə layiq görülüb. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görüb.

Daha sonra Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başlayıb. 

Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo konsert ilə çıxış edən ilk Azərbaycan müğənnisi Brilliant Dadaşova olub. O, Rusiyanın ən iri iki şəhərində - Moskvada və Sankt-Peterburqda çıxış edib.

Brilliant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adlı musiqi albomu çıxıb. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə uğur qazanıb. 1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilib və kanalın qızıl onluğunda uzun müddət ön cərgələrdə qalıb. Həmin ildə müğənninin "Züleyxa", 1998-ci ildə isə "Dərdimdən öləcəksən" adlı diski çıxıb.

1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın Əməkdar, 2008-ci ildə isə isə Xalq artisti fəxri adı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.