Mədəniyyət

"Efirdə məşuqunun adını çəkməyi, hətta onun titulunu sadalamağı namusdan, ardan üstün tuturlar"

1 Oktyabr 2019 10:04
1 Şərh     Baxış: 2 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndi tamaşaçılara mədəniyyətdən daha çox, mədəniyyətsizlik təbliğ olunur.

Milli.Az xəbər verir ki, bu sözləri xalq artisti Afaq Bəşirqızı ötən gün İctimai televiziyada yayımlanan "3D" verilişində Dadaş Dadaşlinksi ilə söhbəti zamanı söyləyib.

Televiziyanın indiki vəziyyətindən gileylənən aktrisa "bu 20 dəqiqəlik söhbətə sığan məsələ deyil" deyərək suala qısa cavab verib.

""İndi tamaşaçılara mədəniyyətdən daha çox, mədəniyyətsizlik təbliğ olunur. Buna görə də biz tamaşaçını qınamamalıyıq. Səhnəyə çıxan şəxs, kim olursa olsun, hansı sənətin sahibi olursan ol, sən öz şəxsiyyətini qiymətləndirməlisən. Şəxsiyyətin yüksək olmalıdır. Çünki səni seçənlər təkcə ifana baxmırlar. Biz tamaşaçının arxasınca getməməliyik, tamaşaçını arxamızca aparmalıyıq. Amma hansı formada?! Sən hansı formada gedirsən ki, arxanca da kütlə istəyirsən? Bax əsas məsələ budur. 20 dəqiqəlik söhbətə sığan məsələ deyil, böyük dərddir.

Mən başa düşə bilmirəm ki, nəyə görə ovuc boyda Azərbaycan məhz bu sahədə özünü qərb ölkələri ilə müqayisə edir. Hətta bəzi aktrisalarımız, müğənnilərimiz soyunmağı səsdən üstün hesab edir. Efirdə məşuqunun adını çəkməyi, hətta onun titulunu da sadalamağı namusdan, ardan üstün tuturlar", - Afaq Bəşirqızı söyləyib.

Emin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.