Məşhur ulduzlar “Millionaire Estate Baku”da - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 27-dən 30-dək Dreamland Baku-da "Holiday Group" və "Led.Az Events" şirkətinin birgə təşkilatçılığı ilə paytaxtımızda ilk dəfə keçiriləcək möhtəşəm "Millionaire Estate Baku"nun qala gecəsinə dünyanın hər tərəfindən məşhur influenser və bloqerlər, eyni zamanda ölkənin tanınmış simaları qatılacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, onlar arasında məşhur TV aparıcı, model Hofit Golan, türkiyəli model, aktrisa, dəb ikonu sayılan İvana Sert, prodüser və aktyor, lüks həyat tərzinin simvollarından biri hesab olunan Tom Claeren, sosial şəbəkədə məşhurluq qazanan üç bacı dəb bloqerləri Nadine Abdel-aziz, Farah Abdel-aziz və Alice Abdel-aziz kimi populyar simalar yer alır.
Yaxın Şərqdən olan məşhur bacılar 2015-ci ildə Vogue Italia nəşri tərəfindən "rəqəmsal şahzadələr" tituluna yiyələniblər. Böyük şöhrət və populyarlıq qazanan adı çəkilən ulduzlar paytaxtımıza ilk dəfə səfər edəcəklər. Layihənin ulduz səfirləri isə xalq artisti, məşhur müğənni Faiq Ağayev və "Eurovision- 2019" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayevdir.
Beynəlxalq "The Luxury Network" şirkəti və "AzPromo" kimi nüfüzlu qurum tərəfindən dəstəklənən tədbirin əsas məqsədi ölkəmizin turizm sektorunun inkişafına böyük töhfə vermək və "Made İn Azerbaijan" brendini dünya ictimaiyyətinə tanıtmaqdır. Tədbirin qala gecəsində özəl üzvlük klubu hesab olunan "Millionaire Concept Baku"nun möhtəşəm açılışı da baş tutacaq. Klubun əsas məqsədi böyük şirkətlər arasında əlaqələri inkişaf etdirmək və qarşılıqlı biznesin uğurlu inkişafı üçün onların birgə fəaliyyət göstərmələrinə nail olmaqdır. Layihənin əsas məqsədi Azərbaycan iqtisadiyyatinin inkişafına dəstək vermək, yerli və xarici sahibkarlarların B2B görüşlərini təşkil etmək və "Made İn Azerbaijan" şüarı altında çıxış edən brendləri xarici qonaqlara sərgiləməkdir. Layihə çərçivəsində yerli istehsalçılar öz məhsullarını xarici qonaqlara tanıdıb təbliğ etmək üçün yaxşı imkan qazanacaqlar. Qlobal xarakter daşıyan və 3 gün davam edəcək tədbirdə qonaqlar əyləncəli şoudan zövq almaqla yanaşı informativ, məhsuldar və biznes yönümlü proqramdan yararlanmaq imkanını əldə edəcəklər. Qeyd edək ki, layihənin təşkilatçıları Agil Məmiyev, Nərmin Səfərova və Əliağa Kürçaylıdır.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub - (Foto)
-
Bakı dünya rəqsinin paytaxtına çevrilir: Olqa Krasnyanskaya yubiley “Azerbaijan Dance Festival” barədə danışdı - (Video)
-
Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd oldu
-
Filarmoniyada Azərbaycan Dövlət Caz Orkestrinin 85 illiyi qeyd olunacaq
-
Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət - (Foto)
-
Bakıda yubiley “ SALAM ” Beynəlxalq YeniyetməFilm Festivalının açılışı olub - (Foto)
XƏBƏR LENTİ
-
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
-
"Beşiktaş" onunla da yollarını ayırdı
-
Gəmi qəzası ilə bağlı Şimali Kiprdə 3 azərbaycanlı saxlanıldı - (Foto)
-
Kiprdə batan gəmidə ürəkdağlayan hadisələr: Hər ikisi ailəsi üçün canını verdi - (Foto)
-
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsi başladı
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
-
Avqust ayında müşahidə olunan hava açıqlandı
-
Azərbaycanda böyrəyini satmaq istəyən kişi cərimələndi
-
Putin pələnglə qarşılaşmasından danışdı
-
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb
-
Gömrükdə 654,9 karat brilyant tutuldu
-
Xalq artisti çimərlikdən görüntülərini yaydı - (Foto-Video)
-
Kreditinizi Birbank-a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin
-
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
-
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
-
Pul çatışmazlığı insan beynini dəyişir - Elmi araşdırma
-
UEFA Matteo Genduzi və Mason Qrinvud barədə araşdırmaya başladı
-
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
-
“Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım” - (Video)
-
Xoşqədəmdən Qurban Qurbanovla bağlı paylaşım
-
Bu şəxslər pulsuz mənzil ala bilər - Deputat açıqladı
-
8 saatlıq mikrocərrahi əməliyyat: Həkimlər 3 yaşlı uşağın qopmuş əlini xilas etdi - (Foto)
-
Məşhur aktrisa ölən anasının külünü yeyirmiş...





