Mədəniyyət

41 yaşlı azərbaycanlı aktyor Rusiyada vəfat etdi - FOTO

25 Sentyabr 2019 11:10
1 Şərh     Baxış: 2 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 41 yaşlı aktyor onkoloji xəstəlikdən əziyyət çəkirdi. 

Aktyorla vida mərasimi bu gün Serpuxov Şəhər Musiqili Dram Teatrında keçiriləcək. Mərhum Bakıda dəfn olunacaq. 

Ramil Əzimov 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru kimi səhnə həyatına başlayan R.Əzimov 2005-ci ildən Rusiyada fəaliyyət göstərirdi. 

Ailəlidir, üç uşağı var. 

Allah rəhmət eləsin.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.