Mədəniyyət

Bakıda Türkiyə "Genclik Ödülleri" 2019 mükafatlandırma mərasimi keçirildi - FOTO

18 Sentyabr 2019 18:02
0 Şərh     Baxış: 1 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir maraqla gözlənilən Türkiyə "Genclik Ödülleri" 2019 mükafatlandırma mərasimi "Azerbaycan Genclik Ödülleri 2019" adı altında ötən gecə qaliblərə təqdim olunub."Park İnn Hotel By Radisson" oteldə gerçəkləşən möhtəşəm  gala, ənənəvi qırmızı xalı mərasimi ilə başlayıb. İncəsənət  xadimləri, görkəmli şəxslər gecədə iştirak ediblər. Xalı üzərindən keçən məhşurlar daha sonra təltif etmə mərasimində iştirak ediblər.Mükafatlandırma mərasiminin keçirilməsində əsas məqsəd müxtəlif peşə sahiblərinə motivasiya vermək və bir araya toplayaraq geniş ictimaiyyətə təqdim etməkdir.Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddan qalan və daha çox izlənilən, ictimai fəaliyyətləri ilə fərqlənən şəxslər təltif edilib.

"Genclik Ödülleri" 2019  mükafatlandırma gecəsində Eldar Qasımov, Oksana Rəsulova, Səmra Rəhimli, Trend İnformasiya Agentliyinin jurnalisti Vüqar İmanov, teleaparıcılar Afaq Gəncəli, Zaur və Günay Baxşəliyevlər, idmançılar Ayxan Mamayev, Ayxan Tağızadə, Dr.Araz Əmirov. İş adamları Natella Ağayeva, Mədinə Yusifzadə, Zaur Quliyev və başqa tanınmış şəxslər gecədə iştirak edərək mükafatlarını əldə ediblər.

"Genclik Ödülleri" 2019 Mükafatlandırma gecəsinin aparıcısı əməkdar artist Elnur Kərimov olub. Layihənin beynəlxalq direktoru Maksud Coşqun Dokunulmaz, Milli Direktoru Tural Ələkbərov, İcraçı Direktoru İlmirzə Ağabəyovdur.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.