Mədəniyyət

"Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar" - Rasim Balayev

24 Avqust 2019 09:07
41 Şərh     Baxış: 8 524

Xalq artisti, görkəmli aktyor Rasim Balayev "Yeni Müsavat"a müsahibə verib.

Milli.Az xəbər verir ki,  R.Balayev müsahibədə "Nəsimi" filmi haqda tənqidlərdən, kinonun bu günündən, telekanalların vəziyyətindən, rejissor Rüstəm İbrahimbəyovun sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) fəaliyyətindən və digər aktual mövzulardan danışıb. Müsahibəni təqdim edirik:

- Rasim müəllim, Şeyx Əbdül deyir ki, "Nəsimi" filmi dünyanın 138 ölkəsində nümayiş olunub. Bu, həqiqətdirmi?

- Mənim bundan xəbərim yoxdur. İlk dəfə eşidirəm. Şeyx Əbdül statistikanı haradan əldə edib bilmirəm. Amma sovet vaxtı "Daşkənd" film festivalı varıydı. Bu festivala 80 ölkə gəlirdi.

Mən orada olanda eşitmişdim ki, 40-a yaxın ölkə "Nəsimi" filmini alıb. Sovet vaxtı "Eksport" film şirkəti varıydı, onlar filmləri alırdılar.

- "Nəsimi"nin satışına görə sizə qonorar və ya mükafat ödənilirdi?

- Bir qəpik də verilmirdi. Düzü, buna görə səlahiyyətimiz yox idi.

- Bu film şairin şəxsiyyətinə yoxsa yaxşı kino işinə görə belə şöhrət qazanmışdı?

- Vallah, nə deyim... Görünür, baxımlı film alındı ki, indi də baxırlar. Yaxşı aktyor və rejissor işi var idi. İlk növbədə filmin uğuru rejissor işindən asılıdır. "Nəsimi" filmində də böyük rejissor ustalığı və gözəl aktyor heyəti yer almışdı. Bu gün də baxılırsa, deməli, ortalığa nümunəvi sənət işi qoyulub.

- Amma "Nizami" haqda da film çəkilib, belə baxımlı olmayıb.

- Bunun səbəbləri çoxdur, gərək oturub bütün incəliklərini xırdalayasan. Təhlil edəsən ki, nə üçün uğur qazanmadı, günah aktyor, rejissor işindəydi, yoxsa ssenarisi zəif idi, təbliği olmadı, yəni hamısı müzakirə edilməlidir. Yəni uzun söhbətin mövzusudur ki, niyə o film baxımlı alınmadı.

- Firudin Qurbansoy isə sizin yaratdığınız Nəsimi obrazını bəyənmir, edam səhnəsində "Məndə sığar iki cahan" qəzəlinin yeri olmadığını düşünür, həm də guya əruz ritmini pozmusunuz...

- Əşi, bu film 50 il qabaq çəkilib, uğur qazanıb, bu gün də sevə-sevə baxılır. Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı "Nəsimi" filmi çəksin. Biz nə deyirik ki? Danışır ki, guya Nəsiminin şeirləri filmdə düzgün oxunmayıb.

Mənim müəllimim Əli Fəhmi olub, onun dırnağı Firudin Qurbansoydan min qat istedadlı idi. O, getsin Əli Fəhmidən öyrənsin, sonra gəlsin. Bu gün tamaşaçı "Nəsimi" filmini sevə-sevə izləyir. Bu da "çevir tatı, vur tatı" danışır, özünün guya intellektini, ağıllı olmasını göstərir. Belə oğulsan, get yaxşı ssenari yaz, ortaya qoy, biz də deyək ki, afərin!

Məsələ bəyənməmək deyil axı?! Gərək ortaya iş qoyasan, sonra danışasan. Bir tənqidçi və yaxud Nəsimişünas ortaya daha yaxşı əsər qoysun, çəkilsin, sübut eləsin ki, indiki daha yaxşıdır, nəinki bizim oynadığımız. Bəyənmirsən, cəhənnəmə bəyən...

- Bəziləri deyir ki, Nəsimi dinə qarşı olub. Sizcə, Nəsimi din adamıydı?

- Bu sualların cavabını mən verə bilmərəm. Biz Nəsimini görməmişik, onun haqqında gəlib çatan məlumatlar da azdır. Biz onun əsərlərindən çıxış edərək şəxsiyyətini xarakterizə eləmişik. Heç vaxt bilməmişik ki, Nəsiminin boy-buxunu necə olub, ibadət edib-etməyib.

Amma Əli Fəhmi onun şeirlərini mənə öyrədəndə deyirdi ki, Nəsimi ən dindar şair olub. Məsələn, onun şeirlərini oxuyurdu, mənə deyirdi ki, bax, bu yerdə Quranda filan ayəyə istinad edib.

Nəsiminin Allaha, peyğəmbərə mədhiyyələri var. Amma insana çox qiymət verirdi, bütün canlılardan Allaha ən yaxın insanı görürdü. Deyirdi ki, insan ən böyük xaliqdir.

Təsəvvür edin ki, bu gün də mövhumatçılıq var, onda daha dəhşətli bir xurafat olub. Ona görə Nəsiminin insana təriflərini, verdiyi qiyməti qəbul etməyiblər, xoşlarına gəlmirdi, insana belə qiymət bəyənilmirdi, kafir adlandırırdılar ki, ənəlhəqq demək olmaz.

- Siz özünüz necə, inanclı birisinizmi, ibadət edirsinizmi?

- Bəli, Qurandan ayələr oxuyuram. Quranı 3 dəfə oxumuşam. Namaz qılmağa hazırlaşıram. Hər gün Allaha dualar edirəm, hədislər oxuyuram, yəni inanan adamam. Mən Allahın yeri-göyü yaradan qüvvə olduğuna inanıram.

- Bəs bu gün elə bir filmimiz varmı "Nəsimi" kimi dünyanın 138 ölkəsinə nümayiş olunsun?

- Onu kim sayıb e, vallah nə deyim...

- Rasim müəllim, 80-90-cı illərdə teletamaşalar varıydı, vaxtaşırı AzTV yenə göstərir, bu gün teletamaşa çəkməyə ehtiyac varmı? Sizcə, internet dövründə insanlar təzədən baxarmı?

- Bunu zaman göstərər. Amma əsas məsələ budur ki, bu gün camaatın zövqü korlanıb. Telekanallar bərbad vəziyyətdədir, insanların zövqünü korlamaqla məşğuldurlar. Artıq hiss edirəm ki, az adam televiziyaya baxır. Bu televiziyalara elə gəlir ki, alçaq dağları yaradıblar. Problem bundan ibarətdir, efirdə səviyyəsiz verilişlər var. Ümumiyyətlə, dünyanın çox yerində televiziya hörmətdən düşüb, bizdə isə lap çox düşüb. O da həmin bayağılığa, səviyyəsizliyə, şitliyə görədir. Əgər insanların çoxu televiziyaya baxmırlarsa, deməli iyrəniblər, beziblər.

- Bu gün Fərda, Elməddin, Müşviq kimi cavanlar filmlər təqdim edirlər, müəyyən auditoriya da izləyir. Heç baxırsınızmı?

- Baxmıram, onlar antisanitariyadırlar. Efiri bu antisanitariya bürüyüb. Dərd odur ki, onlar meymunluğu sənətlə səhv salıblar.

- Bəlkə günah elə sizdədir, yəni vaxtında Rasim Balayev, Yaşar Nuri, digər sənətkarlar özləri yaxşı cavan aktyorlar yetişdirməliydilər?!

- Bizim nə günahımız var? Mən televiziyaya tapşırıq vermirəm ki, bunu elə edin, onu belə edin. Səbəblər çoxdur. Amma bu gün yaxşı əsərlər var, çəkilmir. Telekanallar tamaşaçı zövqünü korlayıb. Mən bunu hamıya şamil eləmirəm. Ziyalısı da var, yaxşı ilə pisi ayırd edən də... Sadəcə, kütlə zövqü korlanıb.

Bu gün düşük, yüngül, hır-hır, axmaq, mənasız sözlərlə, hətta söyüşlə insanlarda maraq yaratmağa çalışırlar. Lakin inanıram ki, çox çəkməyəcək, bu da keçib gedəcək. Əgər ortada sənət yoxdursa, "sabun köpüyü"dür, yoxa çıxacaq.

- Yeri gəlmişkən, artıq Ədliyyə Nazirliyi AKİ-də rəhbər orqanlara səlahiyyətləri təsdiqlədi. Rüstəm müəllimin başçılığı ilə kinomuzun dirçəlişi mümkün olacaq?

- Bu bir ictimai təşkilatdır, elə səlahiyyəti yoxdur. Biz yalnız tövsiyə edə bilərik. Bir söz var, pulu verən sifarişi verir. Pul Mədəniyyət Nazirliyindədir. Onlar kiməsə istəsə filmi sifariş edirlər. Biz ancaq ictimai təşkilat kimi rəy yarada bilərik. Amma bunu çəkmə, onu çək deyə bilmərik.

- Ancaq Ayaz Salayev, Şeyx Əbdül heç cür Rüstəm İbrahimbəyovun kino ittifaqını qəbul eləmir. Üstəlik, ətrafında olanları qınayırlar ki, "Qafqaz triosu" filmini çəkən birinin yanında olmamalıydınız...

- Özləri bilərlər, şəxsi düşüncələridir. "Qafqaz üçlüyü"nə gəldikdə, o filmə baxmışam. O filmdə nə var ki?! Sən deyən heç nə yoxdur.

- Sizcə, iki kino ittifaqı bir arada mümkün olacaq?

- İki kino təşkilatı ola bilməz. Azərbaycan balaca respublikadır, iki kino ittifaqı var. Dünyada belə şey yoxdur. Rusiya kimi böyük ölkədə bir kino ittifaqı var. İndi zaman göstərəcək ki, bu iki ittifaqdan hansı qalacaq. Bu gün əsas məsələmiz odur ki, tamaşaçıları razı salan filmlər çəkilməlidir. Yaxşı əsərlər olmalıdır...

Milli.Az

loading...

Şərh yaz:

41 Şərh:

  • Anonim
    Duygu · 24 Avqust 09:15344

    Rasim müəllim böyük sənətkardı.Allah canınızı sag eləsin.

    Cavab yaz
  • Anonim
    ❤️Ebru❤️ · 24 Avqust 09:58294

    Gozel senetkarimiz Allah can saqliqi versin size..Gozel cavablar verdi.

    Cavab yaz
  • Anonim
    Jin · 24 Avqust 10:02304

    Düz sözə nə deyəsən?!

    Cavab yaz
  • Anonim
    M-i · 24 Avqust 10:10204

    BOYUK SANATKAR ALLAH CANINIZI SAG ETSIN .Necada duz deyib onsuzda yerli kanallara baxmag goz nurunu bosa xarclamakdir ona gorada baxmiram

    Cavab yaz
  • Anonim
    Zyuma · 24 Avqust 10:371211

    Rasim muellim.siz dogrudanda boyuk senetkarsiz..boyuk hormetim var size..Cekildiyiniz filmleride sevirem ve hemuwe seve seve baxmiwa...Ancaq bu musahibede mene ele geldi ki..siz cox esebi bir veziyyetde musahibe vermisiniz..Bezi sözlerinizle hec razilawmadim.ve bu fikirleri size yarawdirmadim...En coxda Elmeddin..Ferda ve Muwfiq haqqinda dediyiniz.fikirlerle aciqlamayacam niye? Ancaq Sizin kimi wexsiyyetler.danuwanda bir az ehtiyatli..olsaniz.daha yaxwidi..

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 24 Avqust 10:38108

    Böyük aktyora,F.Qurbansoyun tənqidi fikirlərini xatırlatdıqda,elə aqressiv yanaşma ilə cavab verməsini bəyənmədim düzü.Təmkinini qoruyaraq,filmin çəkildiyi dövrü xatırlatmaq kifayət edərdi.Nəticədə o da indiki dövrün tələbi olan filmləri,hətta nəinki filmləri aktyorlarını belə sərt dillə tənqid edir...Unutmaq lazım deyil ki,bu da bir dövrdür,boşluqlar dolanacan belə olması mümkündür.Bu boşluqları doldurmaq üçün sahənin aqilləri səy göstərməlidir.Ortaya qoyulacaq layihələr,maraqlı ssenarilər yoxdursa deməli belə olması normaldır.Yaxşı işlərə isə həmişə ehtiyac var.İnternet dövrüdür deyə,filmlərə baxılmayacaq deyə düşünmək düzgün deyil.Keyfiyyətli və baxımlı film olsa,niyə baxılmasın??

    Cavab yaz
    • Anonim
      PRiNS · 24 Avqust 11:321617

      Bu senetkarları gerek dindirmeyesen.Dindirdinse onun haqqındakı bütün yüksek tesevvürlerini riske atasan)) Çox nadir senetkarlar var ki ziyalı şexsiyyete malikdir... eh bizde elesi yoxdur. Bir-ikisi var idi getdi.İntibah yoxdursa, Leonardo da Vinçi ile Üzeyir Hacıbeyov tetile çıxmış olmalı...

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 24 Avqust 12:0721

        Hardasa düzdür.Gedənləri aramaqsa faciədir.Yerlərinə yetişsə belə,o imkanı,şəraiti təmin etmək üçün şəraiti yaradanlara “böyük ürək”lazımdır.Əskik olan budur.

        Cavab yaz
        • Anonim
          PRiNS · 24 Avqust 16:2941

          O da olmayacaq. Dünyada temerküzleşme gedir

          Cavab yaz
  • Anonim
    Zyuma · 24 Avqust 10:3883

    ALLAH size cansagligi versin..Indi zamanda bawqadir..insanlarda bawqadir...zovqlerde..

    Cavab yaz
  • Anonim
    Tecrübeli · 24 Avqust 10:57151

    Rasim müellim, NESİNİ ,FÜZULINİ ,NIZAMINİ ,SABİRİ tanımayanlar ferda elmedin müşfiqe baxırda

    Cavab yaz
  • Anonim
    Lady · 24 Avqust 11:0077

    Antisanitariya mence tehqirdi.boyuk senetkardi ama bu fikri mence biraz yumusaq formada heckimi qirmadan ifade ede bilerdi...

    Cavab yaz
  • Anonim
    Oxucu1 · 24 Avqust 11:2264

    Rasim Balayev gozel senatkardi, onu xatirlatmaga ehtiyac yoxdu. Zyuma ve Esinin dedikleriynen tam raziyam. Mende fikirlerimi eyni cur bildirmek isteyirem. Rasim muellim cox aqressiv musahibe verib. Bilmirem bu onun sebheti ile baglidi, yoxsa yawi ile deye bilmerem. Amma sebirli temkinli olmaq yarawardi gozel aktyorumuza. Umumiyyetle sebir gozel weydi. Hemiwe deyirler ki Allahin 99 adi var, bunlardan biride SEBIRDI. dini yaxwi bilenlerden uzr isteyirem, belkede duz demedim, amma ewitdiyimi deyirem. Ferdaya, Elmeddine geldikde onlarinda oz tamawicilari var, en azi tamawacilara hormetsizlik etmek olmaz. Meselen men seriallara cox da baxmiram,amma menim anam seriallari cox sevir, deyirki onlardan men boyuk zovq aliram. Men kitab oxumagi sevirem, bedii kitablari. Men zehni iwle mewgulum, beynim cox yorulur, amma maraqli kitab oxuyanda tamamile dincelirem. Zovqler muxtelifdi, buna gore hec kimi qinamaq olmaz.

    Cavab yaz
  • Anonim
    @@@ · 24 Avqust 11:3984

    Mən Rasim müəllimlə tam razıyam.Nəsə efirə yaraşmayan söz işlətməklə insanları güldürmək bu sənət deyil.İnsanları düşündürı düşündürə güldürmək lazımdı.Amma adların çəkdiyi aktyorlar heç də istedadsız aktyorlar deyil.Onlara savadlı komediya yazan ssenarist olsa inanın əla oynayarlar.Bu günkü gündə savadı olanda , olmayanda nəsə serial çəkir .Caamat da bu ucuz seriallara baxır.Bizdə aktyor yox, savadlı , istedadlı rejissor problemi var.

    Cavab yaz
  • Anonim
    Viqar · 24 Avqust 12:0261

    Nəsimini anlamaq üçün İsa Muğannanın "Məhşər" əsərini oxuyun əziz İnsanlar. Filmın ssenarisini də o yazıb. Bu torpaq dahilər diyarıdır. Təəssüf ki bunu cox adam bilmlr.

    Cavab yaz
  • Anonim
    ŞAH · 24 Avqust 12:1061

    BÖYÜK SƏNƏT VƏ KLOUNLUQ BAŞQA- BAŞQA SAHƏLƏRDİR RASİM BƏY ONLARIN DA ÖZ YOLU ÖZ BAXICILARI VAR.

    Cavab yaz
    • Anonim
      Şaha · 24 Avqust 15:3730

      Salam. Necəsən? Hər dəfə şərhimi niyə cavabsız qoyursuz?

      Cavab yaz
  • Anonim
    orbet. · 24 Avqust 12:22130

    Elməddin və.s kimilərin istedadı, artist olmağa qabiliyyəti yoxdur demək haqqsızlıq olar, var, amma əgər günümüzdə zövqlər korlanırsa, efirlər pis gündədirsə, burda Fərda kimilərin rolu var, onlar tamaşaçılara səviyyəli çıxışlar nümayiş elətdirsələr, səhnədə qıjılıq da baş alıb getməz

    Cavab yaz
  • Anonim
    UZAQ DIYAR · 24 Avqust 13:2581

    Söylediklerinde heqiqet olsa da,üslubu yalnishdir..O tecrübeye,o yaşin verdiyi dünyagörüshe,xalq sevgisine qarshi, bu cür müsahibe,eyni ile özünün çekdiyi misallara benzedi..Insan bir daha emin olur ki,hershey heqiqetende dilin arxasinda saxlanir..Bu aqresivlik Rasim Balayeve yarashmadi,dedikleri heqiqet olsa da...

    Cavab yaz
  • Anonim
    magic · 24 Avqust 13:4910

    şərhləri oxudum. amma düzün desək bu yaşlı nəsil bizim gördüyümüz.işləri heç bəyənməz.bilmirəm nədəndi.öz valdeyinimiz bele gördüyümüz ev işdindən bele hətta......indi bilirəm deyeceksiniz ....bu mövzuya nə adiyyati.....

    Cavab yaz
  • Anonim
    magic · 24 Avqust 13:5100

    GƏNCƏLİ AVROPADAN haradasıZ

    Cavab yaz
  • Anonim
    Dolqorukiy · 24 Avqust 13:5453

    Əsinin podruqası, ziyalı şəxsiyyətə malikdır nə deməkdir?

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 24 Avqust 14:2543

      Deyəsən həzm probleminiz sizə hələ də əziyyət verir.Əslində dünəndən gözləyirəm,nə əcəbsə sağlıqlara reaksiya vermədiniz,çox hörmətli M bəy.

      Cavab yaz
      • Anonim
        Dolqorukiy · 24 Avqust 16:4542

        Hörmətli Filosof, lap həkim kimi danışdın. Qayğıma qalırsan? Dünənə Reaksiya vermədin deyəndə, içimdən gəlmədi sənə təbrik yazam. Necə deyərlər, sən öz kartına bax.

        Cavab yaz
        • Anonim
          ƏSİ. · 24 Avqust 17:3195

          Filosof deyiləm,elə həkiməm,deməmişdim dedim bilin.Hə çox narahatam,köp insanın düşmənidi,mütləq alınmalıdı.Sizdən təbrik yox,elə beləcə köpünüzü almanızı gözləyirdim.Davam edin,rahatlıq taparsınız:)

          Cavab yaz
          • Anonim
            Dolqorukiy · 24 Avqust 18:5542

            Sağ ol həkim. Həkimki həkime. Görürəm mənim köpümü düşünməkdən özün köpdün. Sənə söz, Bundan sonra köp olanda səni cağıtıracam.

            Cavab yaz
            • Anonim
              ƏSİ. · 24 Avqust 19:1624

              “Bundan sonra köp olanda səni cağıtıracam“deyəsən özünüzə dönürsünüz,çox savadlı,ziyalı,samballı özünüzə.Bir azdan sizi həyatda tanıyanları da çağırtdırarsınız ki həyatdakı yerinizi bizə sübut etsinlər.Mən isə istəyəndə sizə çox hörmətli”M”olaraq cavab yazacam,istəməyəndə reaksiya belə verməyəcəm.Köpmək mənlik deyil,mənimki keflədi.Baxın kefinizə...

    • Anonim
      K · 25 Avqust 13:5510

      Oz dostlarina basqa adla satasan adamnan ne gozleyrsiz esi xanim?paxil adamlara fikir vermeyin siz bu hamini kisqanir

      Cavab yaz
  • Anonim
    müəllim · 24 Avqust 14:0220

    Düzdür Rasim müəllim.Allah sizin kimi sənətkarları var eləsin.

    Cavab yaz
  • Anonim
    ilham · 24 Avqust 14:0331

    Yaşa BÖYÜK SƏNƏTKAR! Sizi qınayan cılızları qınayıram. Niyə? Ona görə ki, Sizin sənətiniz barədə ucuz danışanları qınamadıqları üçün. Bəli, ola bilər bir az aqressiv cavab vermisiniz. Buna Sizin sənətiniz və yaşınız haq verir. Sadəcə bunu başa düşən lazım... Arzu edirəm Allahın verdiyi ömür payını sağlam yaşayasınız gözəl sənətkar!

    Cavab yaz
  • Anonim
    Rəssam · 24 Avqust 14:1270

    Hamının yazdıqlarına hörmətlə yanaşıram. Amma inanın ki, Rasim müəllimin daxili yanır incəsənətimizin düşdüyü vəziyyətə. Əsəbləri dözmür artıq. Bütün mənəvi dəyərlərimiz qayanın qıragına gəlib dirənib. Hamımızın keçirə biləcəyimiz hissləri dilinə gətirib Rasim müəllim. Bir müddət bundan qabaq bir məsələyə görə bərk əsəbiləşdim və bu cür aqressiv şəkildə münasibət bildirib qapını çırpıb çıxıb getdim. Arxamca çoxları danışıb, amma bir nəfər agsaqqal deyib ki,mən o adama yaxşı bələdəm,əgər o sözləri deyib ürəyini boşaltmasaydı, od tutub yanacaqdı, söndürməyə Xəzərin suyu da bəs etməyəcəkdi. Bir dəfə represiya dövründə bir nəfər sovet əleyhinə od püskürür toplantıda.Rəsul Rzadan xahiş edirlər ki,dostunu dayandır,yoxsa bu onun son çıxışı olacaq. Rəsul Rza qayıdır ki, dəyməyin,əvvala mən onu dayandıra bilməyəcəm,əgər dayandıra bilsəm də ürəyi partlayacaq və yenə son çıxışı olacaq onsuzda. Həmin axşam o adam evindən aparılıb, sonra da haqqında bu günə qədər də heç bir məlumat alınmayıb.

    Cavab yaz
  • Anonim
    ilham · 24 Avqust 14:1415

    Müsahibəni alan "jurnalisti" belə başlıq qoyduğu üçün qınayıram

    Cavab yaz
  • Anonim
    Zəhra · 24 Avqust 19:3605

    Hər dövrün öz sənətkarları var. İndi də dəbdə Fərda, Müşviq, Elməddindir. Bu qədər sadə

    Cavab yaz
    • Anonim
      cavab · 24 Avqust 20:2131

      Sənətkar geyim zaddı modda olsun.Sənətkar ürəklərdə yaşamalıdı.Helə yanaşmayın da.Deyin zövqlü və zövqsiz insanlar var

      Cavab yaz
      • Anonim
        Zəhra · 24 Avqust 21:1924

        Yenə səhv anlaşıldım? “Dəbdə “ sözün özüm işlətdim. Bilirsiz hər dövrün öz trendi var. Əvvəllər Rasim müəllim idi əsas. İndi də Fərda, Müşviq, Elməddindir. Siz bunu qəbul etməsəz də milyonlar qəbul edir. İndiki gənclərdən Rasim müəllimi bəyənən var? Ümumiyyətlə tanımırlar. Mən də o gənclərdənəmki heç vaxt izləməmişəm onun filmlərini. Çünki artıq onlar bizə maraqlı deyil. Hərəyə öz dövrünün sənətkarı maraqlı və gözəldir. Fikirlərinizçün sağolun

        Cavab yaz
        • Anonim
          cavab · 24 Avqust 22:0040

          Düz deyirsiz Rasim müəllimin çəkildiyi filmlərə zövqlü insanlar baxır.Necə yəni siz bu cür gözəl filmlərə baxmamısınız? Mən də gənc nəslin nümayəndəsiyəm.Amma hər fəfə Nəsimi filminə baxanda aktyor oyunundan zövq alıram.

          Cavab yaz
          • Anonim
            Zəhra · 24 Avqust 22:1512

            Rasim müəllimə baxmayanlar zövqsüzdür. Vallah dediyiniz filmə baxmamışam baxmaq da fikrim yoxdu. Baxdığım ən mükəmməl film mənə görə BABY DRİVER( türkcə Tam Gaz).birdə Malefisenta Başqa bəyənmirəm. Dediyiniz filmə baxmaqdansa kitab oxuyaram. )). Zövqümə uyğun deyil.

            Cavab yaz
  • Anonim
    15 37 YƏ · 25 Avqust 13:5730

    SALAMLAR OLSUN-- SUALINIZI CAVABLANDIRDIM AMMA MODERATOR VERMƏDİ HƏR ŞEY QAYDASINDADIR HƏMİN QOHUM UŞAQ TƏDRİCƏN DÜZƏLİR MƏSLƏHƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM.

    Cavab yaz
    • Anonim
      Zəhra · 25 Avqust 15:1430

      Mən təşəkkür edirəm ŞAH. Yaxşı olmağına sevindim. Mən də artıq bitdi o problem. Amma müalicə də olunuram ki, tam düzəlim. Uğurlar sizə

      Cavab yaz
  • Anonim
    ŞAH · 25 Avqust 20:3440

    ZƏHRA XANIM SÖZLƏRİNİZDƏN BİR DOĞMALIQ HİSS OLUNUR ---MƏN DƏ BİLDİKLƏRİMİ SİZƏ DEYİM İSTİ SOYUQ DUŞ QƏBUL EDİN-- LİMON SUYU--ZEYTUN YAĞI BİR İKİ XÖRƏK QAŞIĞI QƏBUL EDİN GÜN ƏRZİNDƏCOX ŞUX OLACAQSIZ ƏSƏBLƏRİNİZ COX SAĞLAM OLACAQ.

    Cavab yaz
    • Anonim
      Zəhra · 26 Avqust 11:1930

      Salam can. Çox sağolun. Burada yazdığım bəzi şərhçilər var ki, doğmadır mənə. Siz də onlardansız. Məsləhətlərinizçündə xüsusi sağ olun. Hər şey düzəlir. Əsəblərim də sözümə baxmır))). Yaxşı məsləhətlər idi. Həm də bu ilki qəbuldan sonra buradan uzaqlaşmağım da yaxşı olacey. Mühiti dəyişmək gözəl təsir edir. Həm də uzun müddətli dəyişmək. Mən havada olur həmişə. Nəsə sözünüz olsa ora yaza bilərsiz

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.