Mədəniyyət

Həkimlərin 72 saat vaxt qoyduğu aktyorumuzdan XƏBƏR VAR

21 Avqust 2019 11:49
3 Şərh     Baxış: 5 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Heç bir irəliləyiş yoxdur. Həkimlər deyir ki, ürəyin hesabına nəfəsi gedib gəlir. Ürəyi nə vaxt dayansa, aparatdan ayıracağıq. Ümidimiz Allahın möcüzəsinədir".

Milli.Az bildirir ki, bu fikirləri "ölkə.az"a açıqlamasında Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanov ötən gün komaya düşən həmkarı Məhərrəm Qurbanov haqqında danışarkən səsləndirib. İmanov bildirib ki, M.Qurbanov oktyabrda 60 illiyini qeyd etməyi planlaşdırırmış:

"Ad günü yayda idi. Dedi ki, indi şəhərdə heç kim yoxdur, oktyabrda hamını bir yerə yığacağam. İndi də belə... Ümidimiz Allahadır".

Qeyd edək ki, tanınmış aktyor Məhərrəm Qurbanov insult keçirib. O,  ötən gündən komadadır. Yaxın mətbuata açıqlama verərək həkimlərin ona 72 saat vaxt qoyduğunu bildirmişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.