Mədəniyyət

Azərbaycanlı aktyorun vəziyyəti ağırdır - Həkimlər 72 saat vaxt qoyub

20 Avqust 2019 10:14
3 Şərh     Baxış: 5 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhətində problem yaranıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, beyin insultu keçirib. Aktyor dərhal Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

M. Qurbanovun qızı Aytən Qurbanovanın sözlərinə görə, həkimlər onun atasına 72 saat vaxt qoyublar.

Qeyd edək ki, M. Qurbanov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır. Saysız-hesabsız tamaşalarda müxtəlif obrazlar canlandıran sənətkar "Qız qalası", "Ərazi", "Ayrılıq imiş", "Axırıncı yol", "Son nəfəsədək" və s. filmlərdə rol alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.