Mədəniyyət

Aktyorlar mükafatlandırıldılar - FOTO

22 İyul 2019 18:56
Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Dövlət Dram Teatrının direktoru əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə son vaxtlar həm tamaşaçı ilə yeni ünsiyyət formasının güclənməsinə, həm də  yaradıcı heyətə stimul verilməsinə xidmət edən bir çox kreativ layihələr gerçəkləşmişdir.

19  iyul mövsümün bağlanışından sonra 20 iyulda kollektivdə mükafatlandırma mərasimi keçirilmişdir. Belə ki teatrın yaradıcı və texniki heyətini əhatə edən müxtəlif nominasiyalar üzrə qaliblər elan edilmişdir. Qeyd edək ki, qaliblərin seçimi münsiflər heyəti tərəfindən səsvermə yolu ilə həyata keçirilmişdir.

Mükafatlandırma mərasimində qaliblərə müvafiq diplomlar  təqdim olundu. "Ən yaxşı tamaşa", "Mövsümün ən xarakterik obraz ifaçısı", "Mövsümün ən məhsuldar aktyoru", "Mövsümün ən məhsuldar aktrisası", "Mövsümün ən perspektivli aktyoru", "Ən yaxşı texniki işçi", "Teatrın dostu", "Mövsümün ən işgüzar və intizamlı əməkdaşı" nominasiyaları üzrə müvafiq olaraq  "Qarını öldürməliyik" tamaşasının rejissoru Tatyana Şevçenko,  Habil Xanlarov, İlqar İbrahimov, Şəhla Məmmədova, İlahə Səfərova, Hüseynağa Novruzov, Əli Nəcəfxanlı, Nizami Dadaşov səhnəyə dəvət olunaraq təltif olundu.

Teatrın direktoru əməkdar artist Mübariz Həmidov nominasiyalar üzrə qalibləri təbrik etdi, kollektivin uğurlarından danışdı. Yeni mövsümdə daha böyük uğurlar arzuladı. Daha sonra tədbirə istedadlı aktyorların improvizələri rəngarənglik qatdı. Qeyd edək ki, maraqlı tədbir rejissor əməkdar artist Namis Şirməmmədovun quruluşunda ərsəyə gəlib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.