Mədəniyyət

Dostu Telman Adıgözəlovla bağlı: “Həkimlərdən qorxurdu”

17 İyul 2019 16:21
3 Şərh     Baxış: 2 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün mərhum xalq artisti, sevilən aktyor Telman Adıgözəlovun xatirə günüdür.

Milli.Az bildirir ki, Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəyov aktyorla bağlı Yenicag.az-a danışıb:

"Telmanı 16 yaşından tanıyırdım. Mənim kursumda oxuyurdu. Belə bir deyim var ki, filankəs ipək kimi adamdır. Telman ipəkdən də ipək adam idi. Hələ bir dəfə eşitmədik, görmədik ki, Telman kiminsə dalınca danışsın, dedi-qodu etsin, hansısa həmkarının paxıllığını çəksin. Eyni zamanda, əxlaqlı insan və ailə başçısı idi. Ailəsinə, övladlarına çox bağlı idi. Deyirlər əvəzolunmaz aktyor yoxdur, yalandır, Telman əvəzolunmaz aktyor idi.

Yaşlanmaqdan qorxurdu. Bir dəfə Bəxtiyar Vahabzadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirirdik. Zəng etdim ki, Telman, sən də gəl. Qayıtdı ki, qocalığın nəyini qeyd edirsiniz? Həmişə bu sözü xatırlayıb, gülürdük. Doğum günlərində də çox kövrəlirdi. Çox qəribəydi ki, həmişə həkimlərdən qorxurdu. Hətta dişlərini də buna görə düzəltdirmirdi. Amma ölüm onu qəfil haqladı. Ürəyindən getdi. Telmanın yeri hər zaman kino və teatr səhnəsində görünəcək".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.