Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu günlərdə Gənc Tamaşaçılar Teatrı mövsümün son tamaşasını teatrsevərlərə təqdim edib.
Milli.Az xəbər verir ki, tamaşadan əvvəl teatrın əməkdaşı Ötkəm İskəndərov ötən mövsüm ərzində qazanılan uğurlardan, görülən işlərdən danışıb: "Bu gün mövsümün son tamaşasını izləyəcəksiniz və geriyə baxanda biz bu müddətdə necə uğurlar qazandığımızı görürük. Əlbəttə ən böyük uğurumuz odur ki, teatrımızın 90 illik yubileyi çox böyük təntənə ilə keçib. Ölkə Prezidentinin Sərəncamı ilə bir neçə əməkdaşımız fərxri adlara, ordenlərə layiq görülüb. Həmçinin bu mövsümdə teatrımızda 8 yeni tamaşaya quruluş verilib. Həm uşaqlar, həm də böyüklər üçün olan bu yeni tamaşalar böyük maraqla qarşılanıb. Hal-hazırda da Xalq artisti Cənnət Səlimova Mirzə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsərinə quruluş verir. Əməkdar artist Nicat Kazımov isə "Sindibadın sərgüzəştləri" tamaşasını uşaqlar üçün hazırlayır ki, bunları da yeni mövsümdə tamaşaçılarımıza təqdim edəcəyik. Eyni zamanda ötən il ölkə Prezidentinin yaradıcı adamlarla görüşməsi, teatr işçilərinin maaşlarının 50 faiz artırılması, üstəgəl teatrlara maddi yardımın ayrılmasını da xüsusi qeyd etməliyəm. Bütün bunlar yaradıcı adamlara stimul verən məsələlərdir."
Daha sonra İsveç dramaturqu Lars Norenin "Müharibə" pyesi əsasında, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi eyniadlı tamaşa nümayiş olunub. İki hissəli tamaşanın quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.
Səhnə əsərində əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova canlandırırlar.
16 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə əks etdirir. Əsərdə müharibədən gözləri kor olmuş, ancaq ümidini itirmədən səbrlə, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın 2 ildən sonra gəlib evinə çıxmasını qəhrəmanın mənəvi qələbəsi saymaq olar. Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin bütün ağrı və acılarını, mənəvi sarsıntılarını, daxili əzablarını görmək o qədər də çətin deyil.
Qeyd edək ki, sentyabr ayında teatr mövsümü Füzulinin "Leyli və Məcnun" poeması əsasında hazırlanmış eyniadlı tamaşa ilə açacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





