Mədəniyyət

Amsterdam “Eurovision-2020” mahnı müsabiqəsinə ev sahibliyindən imtina etdi

5 İyul 2019 15:40
0 Şərh     Baxış: 2 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amsterdam 2020-ci ildə "Eurovision" mahnı müsabiqəsini qəbul etməyəcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu iyulun 5-də Niderland paytaxtının meri Femke Halsem özünün açıq məktubunda bəyan edib.

Onun sözlərinə görə, tədbirin keçirilməsi üçün nəzərdə tutulan "Ziggo Dome" konsert salonundan planlaşdırılan dövrdə istifadə etmək mümkün olmayacaq. Mer deyib: "Yaranmış vəziyyət zalın bron edilməsi ilə bağlıdır. Məsələ əsaslı surətdə araşdırılandan sonra məlum olub ki, tədbiri başqa vaxta keçirmək mümkün deyil".

Halsem əlavə edib ki, şəhər "Eurovision" üçün başqa yer tapmağa çalışıb, lakin bu cəhdlər də səmərəsiz qalıb.

"Eurovision-2020" Niderlandda keçirilməlidir, çünki 2019-cu il müsabiqəsində "Arcade" mahnısı ilə bu ölkənin nümayəndəsi Dunkan Lourens qalib gəlib. Daha əvvəl Haaqa və Breda şəhərləri bəyan ediblər ki, mahnı müsabiqəsinə ev sahibliyi etmək niyyətində deyillər.

Odur ki, müsabiqənin keçirilməsi uğrunda beş şəhər mübarizə aparacaq: Rotterdam, Utrext, Hertogenbos, Arnem və Maastrixt. Bu barədə qəti qərar avqust ayında qəbul edilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.