Mədəniyyət

Azərbaycanın mədəniyyət brendi yaradılır - Loqonun ilkin variantı hazırdır

19 İyun 2019 18:08
0 Şərh     Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq kreativ Azərbaycan brendinin yaradılması istiqamətində iş gedir və loqonun ilkin variantı hazırlanıb.

Milli.Az bildirir ki, Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə qurumun kollegiya iclasında deyib.

Şöbə müdiri qeyd edib ki, mədəniyyət sənayesinin formalaşmasında digər vacib istiqamət bu sahənin brendləşdirilməsidir: "Brendləşmə nazirliyin strukturlarında kənar müəssisələrin, biznes strukturlarının vahid bir şüar altında şəbəkələşməsinə kömək edə bilər. Bunun üçün artıq kreativ Azərbaycan brendinin yaradılması istiqamətində iş gedir və loqonun ilkin variantı hazırlanıb. Bu sahədə aparılan işlər bütün sahələri əhatə edərək dərin tərəfdaşlığa yardımçı olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.