Mədəniyyət

Əməkdar artist sirrini açdı “Cavan qalmaq istəyirsənsə…” - FOTO

18 İyun 2019 11:26
0 Şərh     Baxış: 3 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dəli Kür"ün Mələyi, əməkdar artist, tanınmış aktrisa Zemfira Sadıqova 80 illik yubileyini qeyd edib.

Milli.Az xəbər verir ki, aktrisa təəssüratlarını yenicag.az-la bölüşüb:

"60 və 70 illiyimi qeyd etmişəm, bu dəfə də qərara aldım ki, dostlarımı, əzizlərimi başıma yığıb 80 yaşımın sevincini bölüşüm. Yaşdan qorxan xanımlardan deyiləm. Allah verən ömürdür, şükr edərək yaşayıram, haçan "bəsdi" deyəcəksə, onda bu ömür bitəcək. Əsas odur ki, Allahın bəxş etdiyi bu ömrü ləyaqətlə yaşamağı bacarasan".

Hər zaman pozitivliyi və xanım-xatınlığı ilə seçilən aktrisa sirlərini də bölüşüb:

"Çoxları mənə deyir ki, gözəl xanımsınız. Amma özümü gözəl saymıram. Fransızların təbirincə desəm, şarmlıyam. Xanım əgər yaşından cavan qalmaq istəyirsə, iç dünyasını gözəl saxlamalıdır. Təmiz ruhlu insanlar cavan qalır. Cavan qalmaq istəyirsizsə, ruhunuzu təmiz saxlayın. Bir də plastik əməliyyatlardan həmişə qaçmışam. Qadınlar nədənsə daha çox kosmetik vasitələrdən istifadə etməyə meyllidir. Mən həmişə təbiiliyə üstünlük vermişəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.