Mədəniyyət

Parlamentdə deputatlar əlbəyaxa olublar

31 May 2019 07:07
0 Şərh     Baxış: 1 321

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə müstəqil deputat Levan Qoqiçaişvili ilə parlament çoxluğunun üzvü Mixail Kavelaşvili arasında mübahisə olub. Sonra onlar əlbəyaxa olublar və biri-birinə fiziki güc tətbiq ediblər.

Sonradan hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyasının deputatı Muxran Vaxtanqadze mübahisəyə qoşulub.

Təhlükəsizlik qüvvələri deputatları zaldan çıxarıblar. Onların əlbəyaxa davası dəhlizdə də davam edib. Müstəqil deputatın xəsarət aldığı bildirilir. Təhlükəsizlik qüvvələrinin əməkdaşları jurnalistləri hadisəni lentə almağa imkan verməyiblər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.