Mədəniyyət

Zaqatala-Balakəndə yeni qoruq yaradılacaq

22 May 2019 17:09
0 Şərh     Baxış: 712

Almaniya İnkişaf Bankının və Azərbaycan hökumətinin müvafiq dəstəyi ilə Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, Zaqatala-Balakən biosfer qoruğunun yaradılması layihəsinə artıq bir neçə ildi başlanılıb, layihəyə hazırlıq işləri bitib. Hazırda Almaniya İnkişaf Bankının təşkilatçılığı ilə Almaniyada beynəlxalq tender keçirilib və tenderə təşkilatlar cəlb olunub. Artıq yaxın həftələrdə tenderin qalibinin elan ediləcəyi gözlənilir. Tenderin qalibi olan şirkət, yəni icraçı şirkət tərəfindən Zaqatala-Balakən biosfer qoruğunun yaradılması işlərinə başlanılacaq. Layihənin ümumilikdə 4 il ərzində başa çatdırılması nəzərdə tutulur, 2023-cü ilin sonuna qədər bitməsi planlaşdırılır. Layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərdə istər təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi, istərsə də sosial yönümlü tədbirlərin, yəni orada yaşayan əhalinin həyat səviyyəsini yüksəldilməsi, həmin ərazinin tam ekoloji cəhətdən təhlükəsiz bir əraziyə çevrilməsi nəzərdə tutulub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.