Mədəniyyət

Eldar Qurbanovun sərgisi keçirilib - FOTO

22 May 2019 10:45
Baxış: 3 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir İncəsənət Muzeyində Azərbayran Rəssamlar İttifaqının üzvü, Respublkanın Əməkdar rəssamı Eldar Qurbanovun "Amore Mio" adlı sərgisi təşkil oluub.

Milli.Az xəbər verir ki, muzeyin direktoru Xəyyam Abdinov sərgini açaraq onun sərginin təşkilinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirərək, rəssamın həyat və yaradıcılığından söhbət açıb.

Ekspozisiyaya daxil olan əsərləri yüksək qiymətləndirən Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömar Eldarov sərginin orijinallığından söz açmışdır. O deyib: "Eldar Qurbanov "Amore Mio" sərgisi üçün qadınların təsvir olunduğu fəqrli əsərlər yaradıb. 
Ölkənin onlarla tanınmış incəsənət xadimləri, yerli və xarici ölkə nümayəndələri iştirak etdiyi sərginin kuratorları Samirə Səfi və Lana Sokolovadır.

Eldar Qurban Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Rəssamın ilk böyük fərdi sərgisi 1995-ci ildə Səttar Bəhlulzadə adına Sərgi salonunda təşkil olunmuşdu.  Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında "Dədə Qorqud" tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında "Elektra" üzərində işləmişdir.
O, ABŞ, Çexiya, Fransa, Bolqarıstan, Polşa, Suriya, Meksika və başqa ölkələrdə təşkil edilmiş sərgilərdə də iştirak edib. Onun əsərləri Azərbaycan Rəssamlar İttifaqında, Rusiya Rəssamlar İttifaqında, Tretyakov qalereyasında, Hyustonda "Ramko" İncəsənət mərkəzində, İstanbulda, o cümlədən Azərbaycanda və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
E.Qurbanov 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.