Mədəniyyət

Oktay Kazıminin mahnılarından ibarət konsert keçiriləcək

21 May 2019 17:29
1 Şərh     Baxış: 1 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 25-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Oktay Kazıminin mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Milli.Az xəbər verir ki, gecədə Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, Mələkxanım Eyyubova, Əməkdar artistlər Teymur Əmrah, Zaur Əmiraslanov, Arzu Əliyeva, İlkin Əhmədov, Zakir Əliyev, Aybəniz Haşımova, Lalə Məmmədova, Nigar Şabanova, Aqşin Abdullayev, tanınmış müğənnilər Ayaz Qasımov, Samir Piriyev, Rövşən Əziz, Ərəstun Quliyev, Nərmin Kərimbəyova, Nadir Qafarzadə, Nicat Cəfərzadə, Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Almaxanım Əhmədli, Fuad Musayev, Zabitə Alıyeva və başqaları iştirak edəcəklər. İfaçıları Cavad Tağızadənin dirijorluğu ilə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik orkestri və Azərbaycan Televiziya və  Radiosunun Əhsən Dadaşov adına "Xatirə" Xalq Çalğı Alətləri  ansamblı müşaiyət edəcəklər.

Konsertdə unudulmaz sənətkarımızın bəstələdiyi əsərlər səsləndiriləcək. Oktay Kazıminin musiqisevərlər arasında sevilən "Əlvida", "Bakının qızları", "Qocalır anam", "Tələsin insanlar", "Dünya bir nəğmə idi", "Bu dünya", "Eşqimin bəxti", "Mehriban insanlar", "Qaytar eşqimi", "Cavanlığım", "Qaytağı" və digər mahnıları incəsənət ustalarının ifasında təqdim olunacaq.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-70 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. 

Əlaqə telefonu: (012) 441-21-31

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.