Mədəniyyət

"Caspian Awards 2019" mükafatlandırma mərasimi baş tutdu

13 May 2019 19:07
1 Şərh     Baxış: 2 943

Uzun müddətdir maraqla gözlənilən "Caspian Awards"  mükafatlandırma mərasimi baş tutdu. Park İnn oteldə gerçəkləşən möhtəşəm gala, ənənəvi qırmızı xalı mərasimi ilə başladı. İncəsənət xadimləri , görkəmli şəxslər, idmançılar, aktyorlar, iş adamları kimi nüfuzlu şəxslər gecədə iştirak edirdi. Xalı üzərindən keçən məhşurlar daha sonra təltif etmə mərasimində iştirak etdilər.

Caspian Awards mükafatlandırma mərasiminin keçirilməsində əsas məqsəd müxtəlif peşə sahiblərinə motivasiya vermək və bir araya toplayaraq geniş ictimaiyyətə təqdim etməkdir. Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yadda qalan və daha çox izlənilən, ictimai fəaliyyəti ilə fərqlənən şəxslər təltif edildi.

"Caspian Awards" mükafatlandırma gecəsində millət vəkili Jalə Əliyeva, xalq artisti, rejissor Vaqif Əsədov, əməkdar artisti Rəşad İlyasov,  TREND İnformasiya Agentliyinin jurnalisti Vüqar İmanov, teleaparıcılar Hacı Nuran Hüseynov və Zümrüd Bədəlova, MMA döyüşçüsü Nəriman Abbasov,  şou ulduzlardan Günay İbrahimli, Oksana Rəsulova, Niyam Səlami, Dilarə Kazımova, İzzət Bağırov, Qurd və başqa tanınmış şəxslər gecədə iştirak edərək mükafatlarını əldə ediblər.

"Caspian Awards" 2019  Mükafatlandırma gecəsinin aparıcı əməkdar artist Elnur Kərimov idi.  Layihənin rəhbərləri: Ayaz Məmmədov və Tural Ələkbərov

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 May 19:2130

    Haci Nuran ele bil 11 ci sinfin vnetka seklin cekdirir ha ha ha )))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.