Mədəniyyət

"Azərbaycanda filmlərin çoxunu "tapşırıq"la çəkirlər"

7 May 2019 20:09
17 Şərh     Baxış: 2 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Hikmət Rəhimov İTV-də yayımlanan "Dikdaban" proqramının qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi hazırda film sahəmizdə olan problemlərdən söz açıb.

"İnsanlar birdən-birə "İkinci pərdə" filmindən danışırlar. Bu yaxşıdır, bəs bundan öncə çəkilənlər nə idi? Deməli, nəyisə düz etmirik. Niyə Emil Quliyev "Pərdə" və "İkinci pərdə" filmləri ilə uğur qazandı? Niyə kinostudiyada 1 milyon büdcə nəzərdə tutulan filmlər müzakirə olunmur? Bugünkü insanlar ətrafında baş verən hadisəni kinoda görmək istəyir. Yalan və uydurma ssenarilərin bitdiyi dövrdür. 21-ci əsr tamaşaçısı hər şeyi real görmək istəyir".

Aktyor ekranlaşdırılan əsərlərdə əsas problemin ssenaridən qaynaqlandığını da dilə gətirib:

"Serialların da, filmlərin də, teatrların da əsas problemi ssenaridir. Əsər götürürlər, "tapşırıq"la çəkirlər. Sonra qatlayıb o filmi kənara atırlar. Qələmi yaxşı olan insanlar var, onların da yazmağına icazə verilmir. Niyə icazə verilmir? Bununla da Mədəniyyət Nazirliyində oturan insanlar maraqlanmalıdır. Rəqabət olan yerdə inkişaf var. Bu dəqiqə Türkiyə serialları ilə dünyada tüğyan edir. Çünki hamı işləmək üçün qapıda startda dayanır. Kimsə işini yola verirsə, elə onu yola salırlar. Bizdə isə o yoxdur. Oturan deyir ki, 15 ildir buradayam, mən ssenarini belə yazıram. İki nəfər də ona yazır ki, siz yaxşı yazırsınız. O da inanır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.