Mədəniyyət

“Maşının nömrəsi ilə ölüm tarixi eyni oldu” - Telman Adıgözəlovun oğlu - VİDEO - FOTO

6 May 2019 13:36
2 Şərh     Baxış: 7 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Bu qədər" proqramının növbəti buraxılışında mərhum xalq artisti Telman Adıgözəlovun həyatından danışılıb.

Milli.Az bildirir ki, xalq artistinin sənət dostları, qohumları və ailə üzvləri onunla bağlı xatirələrindən danışıb:

Hacı İsmayılov - Xalq artisti: "Telman adı kimi özü də gözəl idi. Biz ona adı gözəl, özü gözəl Telman deyirdik. Həmişə insanlara qəribə əhval-ruhiyyə bəxş edərdi".

Tural Adıgözəlov - Oğlu: "Hər bir insanla ünsiyyət qura bilirdi. Atam çox sadə, səmimi, hər şeyin yerini bilən ciddi biri idi. Onun üçün həyat tamaşası daha vacib idi. Uşaq vaxtı Balakəndə yıxlıb qolunu yaralamışdı. Nənəm onu çimizdirəndə qolundakı yara başlayıb çirk etməyə. Həkimə aparıblar müalicə ediblər, amma qolu sağalmayıb. Deyiblər qolu çürüyəcək. Balakənin də torpağı rütubətli olduğu üçün sırf atamın qoluna görə Bakıya köçüblər. Bakıya köçməkləri də bir qismət imiş. Atam gəlib Bakıda aktyor oldu. Övladlarının heç bir xeyir işini, nəvələrini görə bilmədi. O vaxt köhnə maşın nömrəsi uzun müddət 57, 00 olub. Ölüm tarixi ilə təsadüf edir. Amma sırf 57 rəqəmindən qorxduğu barədə özündən heç nə eşitməmişəm".

Cavid Telman - Tələbəsi: "Telman müəllim dərs başlayandan bitənə qədər bizə, sadəcə, dərsi deyil, eyni zamanda, həyat dərsini də öyrədirdi.  O, heç vaxt heç kimin xətrinə dəyməzdi".

Səfa Mehdi - Tələbəsi: "Məncə, o, özünü həyatda aktyor saymırdı. Həyatda yaxşı insan, səhnədə isə yaxşı aktyor idi. Məncə, o, fərqləri bilən adam idi. İnanmıram ki, o, hansısa yerdə aktyorluq edərdi".

Samir Adıgözəli - Qohumu: "Telman Adıgözəlov əgər aktyor olmasaydı, bu gün o tanınmış ictimai xadim olardı".

Qeyd edək ki, Telman Adıgözəlovun vəfatından 9 il ötür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.