Mədəniyyət

Zaur canlı yayımda AzTV-nin yeni rəhbərindən görün nə xahiş etdi - FOTO

2 May 2019 15:12
5 Şərh     Baxış: 11 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən AzTV-nin yeni rəhbəri Rövşən Məmmədovun radio və televiziyamızın qocaman diktorları ilə görüşdüyü barədə məlumat vermişdik.

Milli.Az xəbər verir ki, bu olayı Zaur Kamal aparıcısı olduğu proqramda təqdir edərək, yeni sədrdən canlı yayımda bir xahiş etməyi də unutmayıb.

Aparıcı Rövşən Məmmədovdan həmin diktorların Dövlət Televiziyasında yenidən işlə təmin edilməsini istəyib:

"Mən sədrdən efir vasitəsi ilə xahiş edərdim ki, bu diktorlarımıza da iş versələr yaxşı olardı. Çünki çoxlarını işdən uzaqlaşdırdılar. Amma o cür insanları işdən, sənətdən uzaqlaşdırmaq lazım deyildi. Rusiya telekanallarında yaşlı insanlar xəbərlər aparır. Məncə onlar televiziyada olsa daha gözəl olar. Bizdə 60 olan kimi "Bu artıq qocalıb, çıxartmaq lazımdır"... Gənclər onlardan bəhrələnməlidir". 

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.