Mədəniyyət

“İpək Yolunda Qobustan” İncilərin Rəqsi adlı geyim kolleksiyası

29 Aprel 2019 17:32
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Tarix-Bədii qoruğunun təşkilatçılığı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə Qobustan qoruğunda "İpək Yolunda Qobustan" İncilərin Rəqsi adlı geyim kolleksiyasının nümayişi həyata keçiriləcəkdir.

Milli.Az xəbər verir ki, universitetin Rəssamlıq fakültəsinin Dizayn və dekorativ tətbiqi sənət kafedrasının Geyim dizaynı ixtisasının II, III və IV kurs tələbələrinin iştirakı ilə hazırlanmış geyim kolleksiyasının  nümayişi  3 may  2019-cu il tarixində, saat 14:00-da Qobustan Milli Tarix-Bədii qoruğunun Böyükdaş dağında baş tutacaqdır. Qobustan Milli-Tarix Bədii qoruğunun təşkilatçılığı ilə baş tutacaq nümayişdə Dosent Aysel Əzizovanın müəllifli olduğu, Qobustan qayaüstü təsvirlərinin motivləri əsasında hazırlanmış Çin geyim kolleksiyası, Osmanlı dövrünə aid geyim kolleksiyası, eyni zamanda Azərbaycan milli geyim elementlərinə həsr olunmuş bir-birindən maraqlı geyim nümunələri təqdim olunacaqdır.

18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni konsepsiyada izləyiciyə çatdıran layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı geniş auditoriyada bu mövzuya marağı artırmaqdır.

Azərbaycan xalqının maddi və mənəvi mədəniyyəti çox ağır və uzun sürən inkişafın gedişi nəticəsində yaranmışdır. Xalqın etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşması, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır. Respublikamızda ipəkçilik, pambıq  istehsalı və s. kimi sahələr inkişaf etdikcə, milli geyimin hazırlanmasında xüsusi rol oynayan parça istehsalı daha da artdı və bunun nəticəsində milli geyimlərdə dirçəlmə dövrü duyulmağa başladı.

Milli geyim dəstlərinin hazırlanmasında xüsusi rol oynayan, dekorativ tətbiqi sənətin başqa örnəklərində rast gəlindiyi kimi, parçalarda da Uzaq Şərq mədəniyyətinə xas olan bir çox bəzək nümunələri öz əksini tapmışdır.

Tarixin müxtəlif dövrlərinə aid qəbirlərdən tapılmış, bir-birindən fərqli ipək parçalardan hazırlanmış geyim qalıqlarından aydın olur ki,  ölkə ərazisində məskən salmış ilk insanların geyimləri təbii əldə edilən materiallardan olmaqla, istifadə tərzinə görə bürüncək, sarıq, örtmə və geymə kimi müxtəlif variantlarda özünü göstərmişdir. Azərbaycanda geyim ehtiyaclarının ödənilməsi üçün hələ qədim dövrlərdən qoyun və quzu yunu, keçi qəzili ilə yanaşı dəvə yunu və müxtəlif materiallardan istifadə edilmişdir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.