Mədəniyyət

Kinomuzun "Təhminə”si: “Qorxurdum ki, məni Azərbaycanda oğurlayarlar”

21 Aprel 2019 17:07
8 Şərh     Baxış: 2 793

Türkiyəli aktrisa, Azərbaycan tamaşaçısına "Təhminə və Zaur" filmindən tanış olan Meral Konrat bu günlərdə Bakıya gəlib.

Milli.Az bildirir ki, ölkəmizdə olan aktrisa Sputnik Azərbaycan-a müsahibəsində keçmiş çəkilişlər haqqında olan xatirələrini, Azərbaycana səfəri ərəfəsində olan qorxularını və eyni zamanda yeni planları haqqında danışıb.

Meral Konrat hər dəfə Bakıya böyük məmnuniyyətlə gəlir və azərbaycanlı dostları, həmkarları ilə görüşür. Aktrisa etiraf edir ki, bu şəhər onun üçün həm də ona görə ki, o burada öz aktrisalıq karyerası üçün ən əhəmiyyətli hesab edilən rolunu oynayıb.

Konrat Mərmərə universitetini bitirib və tələbəlik illərindən müxtəlif reklam layihələrinə çəkilməyə başlayıb. "Üçüncü Göz" türk filmi aktrisanın kinematoqrafiyada debütü olub. Bu filmdəki roluna görə Konrata "Ən yaxşı aktrisa" mükafatı verilib.

Onun sözlərinə görə, bundan sonra aktrisa olmağı qərara alıb.

"Bu filmdən sonra mənə çox təkliflər gəlməyə başladı. Bir dəfə mənə dedilər ki, Azərbaycanın tanınmış rejissoru Rasim Ocaqov Türkiyədədir. Və o yeni filmi üçün aktrisa axtarır. Ona bir çox türkiyəli aktrisalar təklif edilib, amma onlardan heç bir Ocaqovun qəhrəmanı üçün uyğun olmayıb. O zaman rejissora mənim haqqımda danışıblar. Çəkiliş qrupunun oturduğu otağa girdiyim zaman Rasim Ocaqov ayağa qalxdı və dedi - "Mən Təhminəni tapdım". Əvvəlcə mən qorxdum, düşündüm ki, məni Azərbaycanda oğurlayacaqlar, ancaq sonra razılaşdım" - deyə Konrat bildirib.

Əvvəlcə qızın valideynləri onun Azərbaycana çəkilişlərə gəlməsinə razı olmayıb, amma aktrisa onları razı salmağa müvəffəq olub. Onun sözlərinə görə, çəkilişlər çox çətin keçib. Ən çətin isə Azərbaycan dilində olan sözləri deməyi öyrənmək olub.

Buna baxmayaraq "Təhminə və Zaur" film aktrisanın həyatında əhəmiyyətli rol oynayıb. Bu filmə görə aktrisa Azərbaycanda və Moskvada çox sayda mükafatlara layiq görülüb.

"Bu film 1993-cü ildə çəkilib. Amma buna baxmayaraq tamaşaçılar hələ də məni xatırlayır. Bakıda harada gəzməyimə baxmayaraq, hamı mənə yaxınlaşır, öz sevgisini bildirir, şəkil çəkdirir. Bu çox xoşdur. Azərbaycanda hər kəs məni öz həmvətəni hesab edir. Bizim filmimizdən sonra "Təhminə və Zaur" haqqında başqa aktyorların iştirakı ilə çox film çəkilib. Amma hər bir qəhrəmanda tamaşaçı mənimlə bağlı nəsə axtarıb" - deyə Konrat əlavə edib.

Aktrisa azərbaycanlı rejissorlarla işləməyə hər zaman şaddır. Ancaq onun seçimi ssenaridən asılıdır. Konrat təkcə filmlərdə çəkilməyib, eyni zamanda teatrda da çalışıb. Aparıcı və müğənni olub. Ona əməkdaşlıqla bağlı təklif gəlməkdə davam edir.

Bununla yanaşı aktrisa yeni başlayan həmkarlarına da dərs deyir. Onun sözlərinə görə, bu aktyorlardan bir çoxu filmlərə, seriallara çəkilir və Türkiyə kinematoqrafiyasında öz yerini tutub.

Aktrisa əmindir ki, həmin aktyorlar daha böyük zirvələrə ucalacaq.

"Yeni nəsil aktyorlar arasında istedadlılar çoxdur. Bizim dövrümüzdə hər ailə öz uşaqlarının aktyorluqla məşğul olmasına razı olmurdu. İndi hər şey dəyişib. Valideynlər özləri istəyir ki, onların oğlu və ya qızı aktyorluqla məşğul olsun. Aktyorluq sənəti çox məşhurdur. Bu məni sevindirir" - deyə Konrat bildirib.

Aktrisa söz verib ki, ona Azərbaycandan bir neçə təklif gəldiyi üçün tezliklə yenidən Bakıya qayıdacaq.

Xatırladaq ki, Meral Konrat Türkiyədə "Bahar sevgisi", "Əlvida", "Tale", "Malikanə" və digər filmlərdə oynayıb.

Milli.Az 

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Daglı · 21 Aprel 17:1771

    Meral xanım, bir dəfə Türkiyədə bir qrup Türk sizi məhz ,,Təhminə və Zaur" filminə görə sevdiklərini dedilər,məlumatınız olsun).

    Cavab yaz
  • Anonim
    Tam Maxfi · 21 Aprel 17:4610

    Tehmine o vaxki Tehmine deyil.Zaman cox insafsizdi.

    Cavab yaz
  • Anonim
    Esmer · 21 Aprel 19:0840

    Cox Sevirəm Zaurun. Təhminəsini. ..

    Cavab yaz
  • Anonim
    Samire · 21 Aprel 19:4243

    "Tehmine ve Zaur" kinosu bele baxanda maraqli kinodu.Amma aurası neqativdir.

    Cavab yaz
  • Anonim
    Anonim · 21 Aprel 23:5424

    Tehmine Zaur kinosundaki Zaur obrazindan zehlem gedir

    Cavab yaz
    • Anonim
      Rza · 22 Aprel 00:1930

      Yəni Fəxrəddin Manafovdan zəhləniz qedir?

      Cavab yaz
  • Anonim
    Zyuma · 22 Aprel 10:3600

    Meral.xanim.xow gelib Bakiya.Biz sizi Tehmine obraziniza gore sevdik...Bizim ucun siz Meral.yox Tehminesiz sozun esil menasinda.. Fexreddin beyi sevmeyenlerese xatirlatmaq isteyirem.ki Fexreddin ney bir nomre aktyordur.Yeni onun rollarini sevmemek ..ustedadini görmemek en azi insafsuzliqdir.. Sizleri.yeni filmlerde gormek umidi ile.....

    Cavab yaz
  • Anonim
    oxucu · 22 Aprel 11:3310

    heyf səndən, gənclik!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.