Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzi növbəti konfransını tara həsr edəcək

18 Aprel 2019 13:19
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzi növbəti konfransını Azərbaycanın milli musiqi aləti olan tara həsr edəcək.

Milli.Az xəbər verir ki, 20 Aprel saat 14:00-da Beynəlxalq Muğam Mərkəzində "Dəyirmi masa"layihəsi çərçivəsində  "Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri"  - elmi-praktiki konfrans keçiriləcək.

İştirakçılar: Xalq artisti ,professor Murad Hüseynov,Xalq artisti,professor Səyavuş Kərimi,Milli konservatoriyanın prorektoru Lalə Hüseynova, Xalq artisti Möhlət Müslümov, Xalq artisti Ağasəlim Abdullayev və regionlardan dəvət olunmuş tar ustaları-Nəsib Quliyev, Vaqif Orucov, Ağamir Həsənov, Güləli Bayramov, İntiqam Abdulqədirov, Əbdüləli Fətəliyev, İxtiyar Seyidov, Zöhrab Mürsəlov, Səbuhi Abdullayev, Musa Yaqub, Vələdov Zahid, Aslan Məhərrəmov.

Məruzəçi Milli Konservatoriyanın Milli Musiqi Alətlərinin təkmilləşdirilməsi (elmi-tədqiqat ) labaratoriyasının rəhbəri Məmmədəli Məmmədov.

Tədbir Beynəlxalq Muğam Mərkəzinin "Dəyirmi masa" layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin və Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.