Mədəniyyət

Akademik Musiqili Teatrın aktyorları "Nəsimi ili - Nəsimi dili" festivalında

16 Aprel 2019 18:44
0 Şərh     Baxış: 401

12-13 aprel tarixlərində Azərbaycan Teatr Xadimləri İttifaqında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ilə birlikdə "Bir teatr, bir festival" layihəsi çərçivəsində təşkil etdiyi "Nəsimi ili - Nəsimi dili" festivalı keçirilib. 

Festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları - Əmrah Dadaşov ifa etdiyi "Neylərəm" qəzəlinə görə 3-cü mükafata layiq görülüb,  Mehriban Zalıyeva "Allahu əkbər, ey sənəm" qəzəlinə,  Elnarə Nağdəliyeva isə "Hardasan" kompozisiyasına  görə ''Təşəkkürnamə''  ilə təltif ediliblər. Festivalın digər iştirakçıları kimi onların da ifaları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Qeyd edək ki,  İctimai Televiziya və Radio Yayımları Şirkəti və Teatro.az sənət portalının informasiya dəstəyi ilə həyata keçirilən festivalda Bakı Uşaq Teatrı və Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə yanaşı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Respublika İncəsənət Gimnaziyasının  təmsilçiləri də Nəsimi poeziyasından nümunələrlə çıxış ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.