Mədəniyyət

Sumqayıt teatrının aktyorunun vəziyyəti pisləşib - Yaşamaq istəyirəm

14 Aprel 2019 11:39
11 Şərh     Baxış: 3 086

Bir müddət əvvəl qaraciyər sirrozu diaqnozu ilə Sumqayıtda xəstəxanaya yerləşdirilən tanınmış aktyor Yalçın Səlimovun vəziyyəti ağırlaşıb. 

Milli.Az bildirir ki, ONA-ya açıqlamasında Y. Səlimov qarnına yığılan mayeyə görə özünü çox ağır hiss etdiyini deyir:

"Vəziyyətim son bir ildə pisləşdi. Ötən il həyatımda çətinliklər çox oldu. Depresiyaya düşdüm. Ötən ayın sonunda vəziyyətim daha da ağırlaşdı. 1 nömrəli Sumqayıt şəhər xəstəxanasına yerləşdirildim. Müalicələr aparıldı, iynə-dərman qəbul etdim. Sağ olsun həkimlər, çox raziyam. Diqqət və qayğıyla yanaşırlar. Amma müalicə səhhətimə elə də müsbət təsir göstərmədi. Səhhətimdə daha da pisləşmə gedir. Özümü reklam etməyi sevmirəm. Təəssüf ki, xəstəliyimə görə tanındım. Amma artıq məcburam ki, insanlardan, dövlətimizdən kömək istəyim. Artıq həyatla ölüm-dirim mübarizəsi aparıram. Övladlarım var, yaşamaq istəyirəm. Bu vaxta kimi kimdənsə kömək istəmədim. İndi mənim sizlərin köməyinizə ehtiyacım var. Açıq danışacağacam. Mənim qaraciyərim artıq öz funksiyasını itirərək sıradan çıxıb. Təcili olaraq qaraciyər transplantiyasına ehtiyacım var. Sentyabra kimi qaraciyərim mütləq dəyişilməlidir. Ümid edirəm ki, Azərbaycan xalqı məni ölməyə qoymayacaq. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Yalçın Səlimov 20 ildən çoxdur Sumqayıt Dövlət Dram Teatrında çalışır.

Teatrın repertuarında olan tamaşalarda maraqlı obrazlar ifa edib. 46 yaşlı aktyor Yalçın Səlimovun özünəməxsus yaradıcılıq yolu var.

Xatırladaq ki, martın 26-da aktyorun vəziyyəti pisləşərək Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Kamilla · 14 Aprel 11:51320

    O qeder imkanli var ki... Belesine komek edin.

    Cavab yaz
  • Anonim
    Zara · 14 Aprel 12:38290

    Allah şəfanızı versin amin.

    Cavab yaz
  • Anonim
    Nuran Şamaxılı · 14 Aprel 12:41230

    Göydə Allah,yerdə imkanlı insanlar köməyin olsun.İnşallah yaxşı olarsan.

    Cavab yaz
  • Anonim
    yaralı · 14 Aprel 12:51210

    Allah özü kömək olsun.Üstünə tez düşün.İraq sizdən mənim qardaşım 1 ay bunfan qabaq elə bu dərddən dünyasını dəyişdi.Nə qədər müalicə etdirdik xeyri olmadı.O çox cavan idi.Əməliyyata heç cürə gücümüz çatmadı.Tutaq ki pulu bir təhər yıgdıq bir nəfərin yoxlanması çox baha bir şeydi.Allah iş.avandlıgı versin.Amma tələsin.Qardaşım yaxşı idi.Qəfil komaya düşdü.Yaxşı olan kimi arxayın olmayın.

    Cavab yaz
    • Anonim
      Zara · 14 Aprel 13:41181

      Cox pis oldum Allah size ailenizle birlikde guc versin Allah rehmet etsin qardasınıza. Allah heç kimə xestelik vermesin

      Cavab yaz
      • Anonim
        Amin · 14 Aprel 14:06102

        Allah rehmet etsin

        Cavab yaz
      • Anonim
        cavab · 14 Aprel 14:3380

        Çox sag olun.Allah razı olsun.Görənlər görüb görməyənlərə allah göstərməsin.

        Cavab yaz
  • Anonim
    Namiq · 14 Aprel 13:55200

    Aysel elizade kimilerine 150 minlik porse alinca belelerine komek edin.

    Cavab yaz
    • Anonim
      cavab · 14 Aprel 14:3770

      Bu əməliyyat 10 min 20 minolsaydı tapmaü olardı.3 ilə yaxın idi qardaşım xəstə idi biz əlimizdə olan hır şeyimizi xərclədik.Pullu qohumlarda bizdən kənar gəzdi ki birdən onlardan pulistəyərik.

      Cavab yaz
  • Anonim
    # · 14 Aprel 18:3360

    Allah kömək olsun.Birinci növbədə donorunuz hazır olsun.Donorun da yoxlanması bahalıdı.Bizim qohumda 5 nəfər yoxlafı xəstə qız üçün heç biri düşmədi.Kaş sizdə tez tapıla donor.Qalan iş düzələr.

    Cavab yaz
  • Anonim
    ramilə · 15 Aprel 01:0310

    Mən bu aktyoru tanıyıram. Çox istedadlıdır. Istəməzdim belə bir aktyorumuzu itirək. Kaş ki tezliklə ona yardım göstərənlər tapılaydı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.