Mədəniyyət

T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbi hesabat konserti keçirilib

12 Aprel 2019 20:30
Baxış: 454

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında hesabat konserti keçirib.

Konsert dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli Dövlət Simfonik Orkestrının müşaiyəti ilə baş tutub.

Məktəbin şagirdləri İ.Bax, V. Motsart, L.Bethoven,E.Qriq, D.Kabalevskiy, A.Rzatevin və T.Quliyevin əsərləri ifa olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələrin qalibləri ilə yanaşı səhnədə ilk addımlarını atan şagirdlər də iştirak ediblər. Həmçinin, respublika xor kollektivləri musabiqəsinin qalibi olmuş məktəbin birləşmiş xor kollektivi konsertdə uğurla çıxış ediblər.

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.