Mədəniyyət

Eyfman teatrı Bakıda "Günahın o biri tərəfi" tamaşasını göstərəcək

5 Aprel 2019 13:32
Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı aprelin 25-də ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində özünün populyar "Günahın o biri tərəfi" adlı tamaşasını göstərəcəkdir.

Milli.Az xəbər verir ki, tanınmış balet truppasının Bakıda qastrolları X beynəlxalq M.Rostropoviç festivalı çərçivəsində baş tutacaqdır.

B.Eyfmanın R.Vaqner, M.Musorqski və S.Raxmaninovun musiqisi əsasında səhnəyə qoyduğu "Günahın o biri tərəfi" baleti  M.Dostoyevskinin "Karamazov qardaşları" romanının xoreoqraf tərəfindən yeni versiyada səhnə həllidir. Qeyd edək ki, Eyfman tərəfindən tamaşanın ilk quruluşu 1995-ci ildə həyata keçirilmişdi.

Baletin Sankt-Peterburq şəhərində premyerası 29 aprel 2013-cü ildə böyük uğurla baş tutmuşdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.