Mədəniyyət

"Heç kim mənə təsəlli verə bilmir" - Əri ölən əməkdar artist

20 Mart 2019 20:30
6 Şərh     Baxış: 4 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zahid, bu gün də səni çox gözlədim gəlmədin. Sənə qurban olum, səni həmişə gözləyəcəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Gülbahar Şükürlü bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşının ünvanına yazıb. Birlikdə fotolarını paylaşan qarmon ifaçısı mərhum əri üçün çox darıxdığını qeyd edib:

"Artıq beynim donub, nə danışdığımı belə bilmirəm. Sənsiz çox darıxıram. Heç kim mənə təsəlli verə bilmir. İnstaqram mənim xatirə dəftərimə çevrilib. Burada olan dostlarım, hamınızdan üzr istəyirəm. Sizin də bəlkə kefinizi pozuram, məni bağışlayın. 

Burada mənə dəstək olan, dərdimə şərik olan, başsağlığı verən insanlar, hamınıza minnətdaram. Çox sağ olun, Allah hamınızdan razı olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.