Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi davam edir

19 Mart 2019 16:54
Baxış: 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 27 də saat 20:00 da  Beynəlxalq Muğam Mərkəzində, "Qəzəllər" layihəsi çərçivəsində,böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin  Nəsiminin qəzəlləri mövzusunda musiqili gecə keçiriləcək.

Milli.Az xəbər verir ki, gecədə Əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi İbayev və Babək Niftəliyevin ifasında  "Zabul segah" dəsgahı səslənəcək.

Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov  müşayiət edəcəklər.

Beynəlxalq Muğam Mərkəzinin yeni "Qəzəllər" layihəsinin hər təqdimatında tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara  qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərləri təqdim edilir.

Biletləri şəhərimizin kassalarından, "ASAN xidmət" mərkəzlərindən və İticket.az saytından əldə etmək olar.

Konsertin informasiya dəstəyi  AZƏRTAC, ASAN radio, Trend.az, Day.az. İTV kanalıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Beynəlxalq Muğam Mərkəzinin "Qəzəllər" layihəsi davam edir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.