Mədəniyyət

Muğam Mərkəzində "musiqi alətlərinin tarixi” mövzusunda beynelxalq konfrans keçirilib - FOTO

18 Mart 2019 11:39
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "dəyirmi masa" layihəsi cercivesinde Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" mövzusunda beynelxalq konfrans təşkil edilib.

Martın 16-da Beynəlxalq Muğam Mərkəzində "Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Avstriyanın ölkəmizdəki səfirliyi, həmçinin Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova açaraq tədbir barədə məlumat verib.

Daha sonra avstriyalı musiqişünas-orqanoloq, professor Tomas Şallabök, Milli Konservatoriyanın "Milli musiqi alətlərinin təkmilləşdirilməsi" elmi-tədqiqat laboratoriyasının rəhbəri, alətşünas-tədqiqatçı Məmmədəli Məmmədov, Xalq artisti, professor Fəxrəddin Dadaşov, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və başqaları qədim musiqi alətləri, onların təkmilləşdirilməsi və bərpası barədə müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Məruzələrdə bildirilib ki, musiqi alətləri hər bir xalqın musiqi mədəniyyətinin əsas tərkib hissələrindəndir.

Xalqların məişətinin, təsərrüfat və ictimai fəaliyyətinin, maddi və mənəvi mədəniyyətinin, tarixinin müxtəlif yönləri ilə bağlı olaraq musiqi alətləri ən fərqli profili olan sənətkarların, alimlərin diqqətini cəlb edib. Alətlərin təsviri və öyrənilməsi tarixi minillikləri, hətta daha geniş dövrləri əhatə edir. Son illər isə orqanologiya və ya alətşünaslıq musiqi elminin müstəqil sahəsi kimi formalaşıb. Musiqi alətlərinin qanunauyğunluqlarının mənimsənilməsində müxtəlif elmlərin nailiyyətlərinin tətbiqinə və müxtəlif ölkələrdən olan, fərqli profilli alətşünasların bir araşdırma ətrafında səylərinin birləşdirilməsinə olduqca böyük ehtiyac duyulur.

Tədbirin bədii hissəsində avstriyalı professor, alətşünas Tomas Şallabök, Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və Xalq artisti Fəxrəddin Dadaşovun musiqi rəhbərliyi altında "Əsrlərin sədası" ansamblının qədim Şərq və Qərb musiqisinə həsr olunmuş birgə konserti keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.