Mədəniyyət

Bir gündə Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə 4 tədbir

16 Mart 2019 18:00
Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 16-da Beynəlxalq Muğam Mərkəzində prezidentin sərəncamı ilə Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin "Ölkəmizi tanıyaq" devizi altında Naxçıvan Muxtar Respublikasından gəlmiş şagirlər üçün konsert  təşkil edilmişdir.

Konsertdə xanəndələr Hüseyn Məlikov, Rəvanə Əmiraslanlı, Rəvanə Qurbanova muğamlardan və xalq mahnılarından ibarət proqramla çıxış etmişlər.
Daha sonra Muğam Mərkəzində "Dəyirmi masa" layihəsi çərçivəsində "Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" mövzusunda Beynəlxalq seminar keçirilmişdir.

Novruz bayramı ərəfəsində Tərtər rayonunda Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcbur köçkünlər üçün salınmış şəhərcikdə bayram tədbiri keçirir.
Tədbirin bayram konserti proqramı Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.
 Saat 19:00-da isə Beynəlxalq Muğam Mərkəzinin konsert zalında avstriyalı professor, alətşünas, qədim alətlər bərpaçısı Tomas Şallbök və Milli Konservatoriyanın nəzdində "Əsrlərin sədası" adlı qədim musiqi alətləri ansamblının birgə konserti keçirilir.     

 Göstərilən tədbirlər haqda mətbuatda ətraflı məlumatlar dərc ediləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.