Mədəniyyət

Muğam Mərkəzində "Muğam- 2019" televiziya müsabiqəsi davam edir - FOTO

16 Mart 2019 13:54
Baxış: 3 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "Muğam- 2019" Televiziya Müsabiqəsi davam edir

2019- cu il martın 14-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən "Muğam - 2019" Televiziya Muğam Müsabiqəsi  davam edir.

Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır. Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər. İlk dəfə 2005-ci ildə keçirilmiş  həm ölkəmizdə, həm də onun hüdudlarında  kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.

Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov,  Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Mələkxanım Əyyubova,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi,  Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir.

Müsabiqənin başlanğıcında  Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi Seyid Şuşinskinin yaradıcılığına nəzər salındı.  Cabbar Qaryağdıoğlunun "Şərq musiqisinin incisi" adlandırdığı Seyid Şuşinskinin Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazısı dinlənildi. 

Müsabiqə iştirakçılarını müşayiət edirdi:  tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, Udda İdris Hüseynov. Səhnəyə dəvət olunan  müsabiqənin ilk iştirakçısı Əfqan Mahmudov öz musiqi nömrəsini təqdim etdi. Daha sonra Suma Tapdıqova, Rəvan Qoçayev, Zibər Zamanova, Behnam Əlayi, Nəcibə Məmmədova, Vəliş Mirzəyev, Türkanə Nəcəfova, Murad Rüstəmzadə və Zülfiyyə Cəbrayılzadə çıxış etdilər.

Müsabiqədə Faiq Əkbərov, Heyrat İbayev, Xəyal Hüseynov,Qələm Qocamanova, İlahə Rüstəmova, Rəvan Qaçayev, Nəcibə Məmmədova, Vəliş Mirzəyev, Türkanə Nəcəfova,  Murad Rüstəmzadə, Zülfiyyə Cəbrayılzadə 63 bal, Hüseyn Səba 62 bal, Əfqan mahmudo, Suma Tapdıqova 61 bal,Tariyel Vəliyev 60 bal, Mehranə Məmmədova 59 bal, Zaur Mürsəlov, Zibər Zamanova 58 bal, Behman Əlayi 57 bal və Mehin Qarayeva 56 bal topladı.

Müsabiqənin növbəti tədbiri martın 19 - da keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.